Ələt Qəsəbəsi

Ələt Qəsəbəsi Ələt qəsəbəsinin Rəsmi Facebook səhifəsi

Ələt qəsəbəsi haqqında - Toponim kimi dənizdən görünən yer mənasını daşıyan Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40-50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar.
1881-1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921-1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları

Ələt qəsəbəsinin ərazisindən keçir.
Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Hazırda bu ərazidə yeni beynəlxalq ticarət limanı tikilib və inşası davam edir. Ələt Azərbaycanın yeni logistik, ticarət və neft-qaz mərkəzi olacaq. Qəsəbənin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi ölkənin əsas nəqliyyat xətlərinin buradan keçməsinə imkan verir.
Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Molotov (Qaradağ) rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat-2 yaşayış məntəqələri daxildir. Qəsəbənin POÇT indeksi
az1081



E-Poct

[email protected]

Qrup

https://www.facebook.com/groups/Elet.qes/

instagram

https://www.instagram.com/elet_qesebesi/

Youtube

https://www.youtube.com/channel/UCdbxQGCeb1CSLY827dGdcRQ

Qəsəbəmizdə şəhid adına olan mədəniyyət evinin təmir bərpası üçün hər kəs öz dəstəyini göstərməlidir , bir olmalıdır. Hə...
29/11/2025

Qəsəbəmizdə şəhid adına olan mədəniyyət evinin təmir bərpası üçün hər kəs öz dəstəyini göstərməlidir , bir olmalıdır.

Hər gün Mədəniyyət evinin həyətində təmir bərpa işləri görülür . Maddi və mənəvi kömək etmək lazımdır.

Ey gözəl insanlar, dəyərli millətim! Artıq 15 gündür ki, Şəhid Zaur Qurbanov adına mədəniyyət evinin ərazisində abadlıq ...
26/11/2025

Ey gözəl insanlar, dəyərli millətim! Artıq 15 gündür ki, Şəhid Zaur Qurbanov adına mədəniyyət evinin ərazisində abadlıq işləri davam edir. Bu iş, bir şəhidimizin xatirəsinə olan borcumuz, gələcək nəsillərə qoyacağımız mənəvi mirasdır.

Köməyə ehtiyacımız var. Maddi imkanı olanlardan maddi dəstək, hər kəsdən isə mənəvi dayaq gözləyirik. Bu yolda birlik bizim ən böyük gücümüzdür@.

Maddi imkanı olmayanlar : hər gün işlər görülür gəlib kömək etsin.

Gəlin, şəhidimizin adını yaşadan bu ocağı birlikdə ayağa qaldıraq! 🙏🇦🇿

Sizi unutsaq yaşamaq bizə haram olsun.
04/12/2020

Sizi unutsaq yaşamaq bizə haram olsun.

29/11/2020

Bu gün Ərazi bütövlüyün təmin edilməsi uğrunda canını fəda edən,hamımızın fəxri- Elnur İbrahimovun şəhid edilməsindən 40 gün ötür. Allah rəhmət etsin...

Birinci Qarabağ döyüşündən indiki günümüzə qədər qəsəbəmizin verdiyi şəhidlər... Biz rahat yaşayaq deyə siz canınızı fəd...
28/11/2020

Birinci Qarabağ döyüşündən indiki günümüzə qədər qəsəbəmizin verdiyi şəhidlər...
Biz rahat yaşayaq deyə siz canınızı fəda etdiz. Hər birimiz sizə borcluyuq , ruhunuz və Tanrı qarşısındakı məqamınız qarşısında baş əyirik.

Döyüşlərdə igidliyi ilə fərqlənən qəhrəmanımız, evinə xoş gəlmisən. Rəhimov Şahin Gülmalı oğlu.
25/11/2020

Döyüşlərdə igidliyi ilə fərqlənən qəhrəmanımız, evinə xoş gəlmisən.
Rəhimov Şahin Gülmalı oğlu.

Vəəə bu da son ! Müharibə bitdi, biz qalib gəldik !Hər kəsi parlaq qələbə münasibətilə ürəkdən təbrik edir , şəhidlərə v...
10/11/2020

Vəəə bu da son ! Müharibə bitdi, biz qalib gəldik !Hər kəsi parlaq qələbə münasibətilə ürəkdən təbrik edir , şəhidlərə və qazilərə dərin ehtiramımızı bildiririk !!!

6 nömrəli binanın divarlarına belə bir gözəl mənzərə həkk olunub...Təşəbbüskarlara  minnətdarlığımızı bildiririk.
26/10/2020

6 nömrəli binanın divarlarına belə bir gözəl mənzərə həkk olunub...
Təşəbbüskarlara minnətdarlığımızı bildiririk.

26/10/2020

Bu müqəddəs bayraqlar qəsəbəmizin girişində dalğalanır :)

Qəsəbəmizin dəyərli sakinləri, güman edirik siz də şahidi olursuz, son zaman bir qrup şəxslər yanlış məlumatlar yayaraq ...
23/10/2020

Qəsəbəmizin dəyərli sakinləri, güman edirik siz də şahidi olursuz, son zaman bir qrup şəxslər yanlış məlumatlar yayaraq "filan binadan ,filan ailədən şəhid var" deyə panika yaradırlar. Əslində maraqlananda isə məlumatların həqiqəti əks etdirmədiyini görürük...

Həmin şəxslərə demək istərdik ki, sizin maraq xatirinə yaydığınız səhv məlumatlar əsgər yolu gözləyən ailələrə çox mənfi təsir bağışlayır. Başa düşün, belə həssas günlərdə onsuzda gərgin olan ,əsəbləri gərilmiş bütün günü həyəcan içində olan əsgər ailələrinə çox haqsızlıq edirsiz. Etməyin belə...

Düşmənə sarsıdıcı zərbə vuran, şəhid olmamışamdan  öz qisasını alaraq adını tarixə yazdıran , hamımızın fəxri -nur üzlü ...
23/10/2020

Düşmənə sarsıdıcı zərbə vuran, şəhid olmamışamdan öz qisasını alaraq adını tarixə yazdıran , hamımızın fəxri -nur üzlü şəhidimiz...
,Allah rəhmət etsin. Doğmalarına və yaxınlarına səbr diləyirik...

CAVANŞİR, bu xalq səni heç vaxt unutmayacaq, xatirən hər zaman əziz tutulacaq. Sən hər zaman sevgi və sayğı ilə yad ediləcəksən. Nur içində yat ,əziz qardaş...

Address

Ələt Qəsəbəsi
Qaradag
AZ1081

Alerts

Be the first to know and let us send you an email when Ələt Qəsəbəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ələt Qəsəbəsi:

Share