20/05/2024
DİQQƏT! DİQQƏT!
Dəyərli müştəri, təəssüflə bildiririk ki, 1 iyun 2024-ci il tarixindən etibarən LinEx Express MMC fəaliyyətini dayandırır. Xahiş edirik artiq sifariş edərkən digər şirkətlərin anbarlarından istifadə edəsiniz. Belə olan halda Türkiyədən son göndəriş 30.05.2024 tarixində baş tutacaqdır. Əlavə olaraq TRY (Sifariş Balansı) və USD (Çatdırılma Balansı) balanslarınızı artırmamağı sizdən xahiş edirik. Cari anbarımızda olan bağlamalar və 30.05.2024 tarixinədək Türkiyə anbarına çatdırılan bağlamalar heç bir sıxıntı olmadan təhvil veriləcək bu barədə əsla narahatlığınız olmasin. Qeyd edilən tarixdən sonra Türkiyə anbarımıza yönləndirilən baglamalar qəbul edilməyib geri qaytarılacaq və buna görə LinEx Express MMC heç bir Məsuliyət Daşımayacaq!
Bir məqamıda nəzərinizə çatdırmaq istərdik ki, Sizdən SON xaiş və tələbimiz Ən son göndərişdən sonra cari anbarda olan bağlamalarını Ən qısa zamanda təhvil almanızdır. Ümid ederik bizi tam anlayışla qəbul edəcəksiniz.
Artıq qeyd edilən tarixdən etibarən LinEx Express MMC filialları Trendyol birbaşa təhvil nöqtələri olaraq fəaliyyətini davam etdirəcək. Hər birinizə XOŞ alışlar.
Əlavə olaraq bu müddət ərzində Bizimlə olduğunuz və dəstək verdiyinizin üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Biz də hadisələrin öz növbəmizdə belə olmasını əsla istəməzdik lakin mövcud bazar reallığı bunu tələb edir. Yeni layihələrdə görüşmək diləyi ilə. Təşəkkürlər!!!
Hörmətlə: LinEx Komandası