ABADA

ABADA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ABADA, Cargo and freight company, Əhməd Rəcəbli, Baku.

ABADA İctimai Birliyi könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən qeyri-kommersiya hüquqi şəxsidir.

Türkiyə və Azərbaycan İş Adamları Gömrük Rəsmiləri ilə GörüşdüMayın 22-də Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları A...
23/05/2026

Türkiyə və Azərbaycan İş Adamları Gömrük Rəsmiləri ilə Görüşdü

Mayın 22-də Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İdarə heyətinin sədri Həbib Həsənov, ölkədə fəaliyyət göstərən avtomobil daşıyıcıları şirkətlərinin rəhbərləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında keçirilən açıq dialoq platformasında iştirak edib.

Tədbirin əsas məqsədi dövlət-biznes tərəfdaşlığının gücləndirilməsi, iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artırılması, gömrük rəsmiləşdirilməsi proseslərinin daha da sürətləndirilməsi və logistika zəncirində yaşanan regional çağırışların qarşılıqlı müzakirəsi olub.

Tədbir çərçivəsində beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin qarşılaşdıqları cari məsələlər, sərhəd-keçid məntəqələrində prosedurların optimallaşdırılması, "Yaşıl dəhliz" buraxılış sistemindən daha səmərəli istifadə və rəqəmsal gömrük həlləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qazaxıstan Azərbaycan, Türkiyə və Qırğızıstan ilə elektron icazə blanklarının mübadiləsinə başlayıbQazaxıstan beynəlxalq...
20/05/2026

Qazaxıstan Azərbaycan, Türkiyə və Qırğızıstan ilə elektron icazə blanklarının mübadiləsinə başlayıb

Qazaxıstan beynəlxalq daşımaların inkişafı və daşıyıcılar üçün prosedurların sadələşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron icazə blanklarının mübadiləsi mexanizmini tətbiq edib.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

"Elektron formata keçid kağız blanklardan imtina etməyə, inzibati maneələri minimuma endirməyə imkan verəcək. Hazırda icazələrin rəsmiləşdirilməsi və istifadəsi tərəflərin inteqrasiya olunmuş informasiya sistemləri vasitəsilə rəqəmsal formada həyata keçirilir", - Nəqliyyat Nazirliyi qeyd edir.

Bu xidmətin alınması "Nəqliyyat" bölməsində elicense.kz (https://elicense.kz/?utm_source=chatgpt.com) vasitəsilə mümkündür. Elektron icazə almaq üçün nəqliyyat vasitəsi Qazaxıstanda qeydiyyatdan keçməli və beynəlxalq avtomobil daşımalarını həyata keçirmək üçün buraxılışa malik olmalıdır.

"Daha əvvəl Çin və Özbəkistanın xarici icazə blanklarının rəqəmsallaşdırılması üzrə mühüm işlər görülüb. Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron mübadiləyə başlanması sahənin tam rəqəmsal transformasiyası yolunda vacib mərhələdir", - qurumun məlumatında bildirilib.

Bundan əlavə, elektron formata keçidlə əlaqədar olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi daşıyıcıları icazə blanklarının üçüncü şəxslər vasitəsilə əldə edilməsinin yolverilməzliyi barədə xəbərdar edir və icazələri müəyyən edilmiş qaydalara ciddi riayət etməklə yalnız rəsmi dövlət xidmətləri vasitəsilə almağa çağırır.

"Verilmiş elektron icazələr barədə bütün məlumatlar, o cümlədən daşıyıcı və nəqliyyat vasitəsinin məlumatları (dövlət qeydiyyat nömrəsi), avtomatik rejimdə Azərbaycan, Türkiyə və Qırğızıstanın informasiya sistemlərinə ötürülür. Beləliklə, qaydalara zidd şəkildə rəsmiləşdirilmiş (o cümlədən üçüncü şəxslərdən əldə edilmiş) icazədən istifadə edildikdə məlumatların uyğunsuzluğu aşkar olunur. Bu isə adıçəkilən dövlətlərin ərazisinə girişdən imtinaya, eləcə də digər məsuliyyət tədbirlərinə səbəb ola bilər", - məlumatda vurğulanıb.

̇yə

Vacib məlumatRusiya Federasiyası Hökumətinin 27.04.2026-cı il tarixli 467 nömrəli Qərarına əsasən, Müstəqil Dövlətlər Bi...
20/05/2026

Vacib məlumat

Rusiya Federasiyası Hökumətinin 27.04.2026-cı il tarixli 467 nömrəli Qərarına əsasən, Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin və Gürcüstanın vətəndaşı olan, beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülərin Rusiya Federasiyası ərazisində vizasız müvəqqəti qalma müddəti bir təqvim ili ərzində ümumilikdə 180 günədək artırılmışdır. Bildirilmişdir ki, həmin müddət yalnız müəyyən edilmiş qaydada elektron müraciətin təqdim olunması əsasında tətbiq ediləcəkdir.

Qərar 30.06.2026-cı il tarixindən qüvvəyə minir.

Eyni zamanda, aidiyyəti kateqoriyaya daxil olan sürücülər Rusiya Federasiyasına giriş və ölkədə qalma məqsədilə müraciəti elektron formada, dövlət xidmətləri portalı (RuID) vasitəsilə təqdim etməlidirlər.

Müraciət zamanı tələb olunan sənədlərin siyahısı:

- Pasportun sürəti;
- Sürücülük vəsiqəsinin surəti
- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti;
- Beynəlxalq əmtəə-nəqliyyat qaiməsinin (CMR) surəti (yük avtomobili sürücüləri üçün)
- müntəzəm sərnişin daşımalarının hərəkət cədvəli və ya sərnişinlərin siyahısı (avtobus sürücüləri üçün).

ABADA, İRU və GİZ arasında üçtərəfli görüş keçirilibAzərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA), ...
19/05/2026

ABADA, İRU və GİZ arasında üçtərəfli görüş keçirilib

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında bərabərhüquqlu və faydalı əməkdaşlıq perspektivlərinə həsr olunmuş üçtərəfli görüş keçirilib.

Görüşdə əsas məqsədi beynəlxalq yükdaşımalar və logistika sahəsində mövcud vəziyyətin təhlili, regionda nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması və tərəfdaşlar arasında birgə layihələrin icrası imkanlarının müzakirəsi olub.

Görüş zamanı tərəflər qlobal və regional nəqliyyat layihələrində dayanıqlı inkişafın təmin edilməsi üçün növbəti addımları müəyyənləşdiriblər.

Müzakirələr zamanı qeyd olunub ki, üçtərəfli formatda qurulan bu əməkdaşlıq həm yerli daşıyıcıların beynəlxalq bazarlara inteqrasiyasını sürətləndirəcək, həm də Azərbaycanın tranzit qovşağı kimi mövqeyini gücləndirəcək. Həmçinin beynəlxalq yükdaşımalarda sənədləşmənin asanlaşdırılması məqsədilə e-TIR və e-CMR sistemlərinin tətbiqinin genişləndirilməsi, Orta Dəhliz boyunca regional inteqrasiyanın gücləndirilməsi və gömrük-keçid məntəqələrində vaxt itkisinin minimuma endirilməsi, GİZ-in dəstəyi və IRU-nun beynəlxalq standartları əsasında yerli sürücü və logistika mütəxəssisləri üçün təlim proqramlarının təşkili kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda tərəflər müzakirə olunan sahələr üzrə birgə fəaliyyət planının hazırlanması və mütəmadi məsləhətləşmələrin aparılması barədə razılığa gəliblər.

14/05/2026
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.Müasir Azərbaycan dövlət...
09/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anırıq.

Bu gün alman faşizmi üzərində qələbədən 81 il ötür
08/05/2026

Bu gün alman faşizmi üzərində qələbədən 81 il ötür

Sürücülərin nəzərinə: Rusiya hökuməti yeni qərar verdiRusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürü...
29/04/2026

Sürücülərin nəzərinə: Rusiya hökuməti yeni qərar verdi

Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin Rusiya ərazisində müvəqqəti qalma müddətini 180 günə qədər artırılması ilə bağlı qərar qəbul edib.

Sənədə əsasən, MDB-yə üzv dövlətlərin, habelə Gürcüstanın beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülər vizasız qaydada Rusiyaya daxil olduqları halda, bir təqvim ili ərzində ümumilikdə 180 günədək ölkədə qala biləcəklər.

Bu imkan yalnız həmin şəxslər müəyyən edilmiş qaydada Rusiyaya giriş və ölkədə qalmaq (yaşamaq) məqsədilə ərizə təqdim etdikdə tətbiq olunacaq. Qərar 30 iyun 2026-cı il tarixindən qüvvəyə minir.

Qarışıq Komissiyanın ilk iclası keçirilibAprelin 23–24-də Çinin Urumçi şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Re...
28/04/2026

Qarışıq Komissiyanın ilk iclası keçirilib

Aprelin 23–24-də Çinin Urumçi şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində Qarışıq Komissiyanın ilk iclası keçirilib.

Görüşdə Azərbaycan daşıyıcıları adından Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş Katibi Kənan Qurbanov, Əsət Söyünov (AZFEM MMC), Elvin Binyətov (Elvin-R MMC), İlyas Məmmədov (Gold Tansport MMC) iştirak ediblər.
Görüş zamanı iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirələr edilib, əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı il üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün 5 000 ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 2500 ədəd icazə blankının mübadilə edilməsi barədə qərar qəbul olunub.
Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti milli daşıyıcıların iştirakı ilə 25 aprel tarixində Xorqos gömrük keçid məntəqəsinin rəsmiləri ilə görüş keçirib, eləcə Xorqos Azad Ticarət Zonasının ərazisində fəaliyyət göstərən Logistik mərkəzlərin işi ilə yaxından tanış olub.

Xorqos şəhərində Çinin aidiyyəti dövlət orqanlarının, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyalarının, Azərbaycan və Çin daşıyıcılarının iştirakı ilə Simpozium keçirilərək beynəlxalq yük daşımaları zamanı daşıyıcıların qarşılıqlaşdıları çətinliklər, onların aradan qaldırılması yolları, eləcə də daşıyıcılar arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə olunub.

Görüş qarşılıqlı anlaşma və dostluq şəraitində keçirlmiş, müvafiq Protokol imzalanmışdır.

Transxəzər nəqliyyat marşrutu və rəqəmsal logistika: Regional İşçi Qrupun 5-ci iclası keçirilibBu gün Mərkəzi Asiya və r...
23/04/2026

Transxəzər nəqliyyat marşrutu və rəqəmsal logistika: Regional İşçi Qrupun 5-ci iclası keçirilib

Bu gün Mərkəzi Asiya və region ölkələrini birləşdirən Regional İşçi Qrupun (RWG) 5-ci onlayn iclası öz işinə başlayıb. Onlayn formatda keçirilən görüşdə Transxəzər dəhlizinin inkişafı, yükdaşımaların rəqəmsallaşdırılması və regional logistik infrastrukturun gücləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub.

Tədbirə Mərkəzi Asiya TLP-nin sədri Larisa Kislyakova və EasTnT Azərbaycan nümayəndələri moderatorluq edib.

Əsas istiqamətlərdən biri Qazaxıstanda yük avtomobilləri üçün tətbiq edilən "CarGoRuqsat" elektron növbə sisteminin müzakirəsi olub. Qazaxıstanın nəqliyyat rəsmiləri sistemin üstünlükləri, səmərəliliyi və transsərhəd keçidlərdə yaratdığı imkanlar barədə təqdimat ediblər.

Ermənistan nümayəndələri isə artan yük axınlarını dəstəkləyən logistik infrastrukturun zəruriliyini vurğulayıblar. Həmçinin, erməni daşıyıcılarının sərhəddə üzləşdiyi problemlər və onların aradan qaldırılması yolları müzakirə mövzularından olub.

İclasda həmçinin nəqliyyat sektorunda inklüziv yanaşmaların tətbiqi və Transxəzər dəhlizinin dayanıqlılığı üçün qadın liderliyinin rolu müzakirə edilib.
Sonda qarşıdan gələn Leypsiq (Almaniya) toplantısına hazırlıq işləri və Regional İşçi Qrup RWG-nin növbəti addımları müəyyənləşdirilib.

Address

Əhməd Rəcəbli
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when ABADA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share