Bakı Metropoliteni QSC

Bakı Metropoliteni QSC "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi Facebook səhifəsi.

01/05/2026

Sİ əsaslı innovativ həlləri birlikdə tapmaq üçün "Metro Hackathon” layihəsində bir araya gələn təşkilatçı, iştirakçı və mentorlar öz təəssüratlarını bölüşdülər.👾🦾

🚇Metro tariximizdə bir ilk olan hakaton həyəcanı davam edir!

01/05/2026

"Metro Hackathon” layihəmizin ərsəyə gəlməsinə dəstək olan bütün tərəfdaşlarımıza təşəkkür edirik!

 -un ilk günündə nələr baş verdi? 📸Məhdud vaxtda daha yaxşı rəqəmsal həllər tapmaq üçün gərgin mübarizə davam edir.🦾Qələ...
01/05/2026

-un ilk günündə nələr baş verdi? 📸

Məhdud vaxtda daha yaxşı rəqəmsal həllər tapmaq üçün gərgin mübarizə davam edir.🦾
Qələbəyə aparan yolu bizimlə birlikdə izləyin!🏆

1 may Beynəlxalq Əmək Günüdür. Hər gün minlərlə sərnişini mənzilbaşına çatdıran metropolitenin fəaliyyətinin arxasında b...
01/05/2026

1 may Beynəlxalq Əmək Günüdür.

Hər gün minlərlə sərnişini mənzilbaşına çatdıran metropolitenin fəaliyyətinin arxasında böyük bir fədakarlıq dayanır. Tunellərin dərinliyindən stansiyaların işıqlı platformalarına qədər hər nöqtədə bir metropolitençinin izi, alın təri və peşə sevgisi var. 🛠️👷‍♂️

Zəhmətiniz dəyərli, yolunuz hər zaman açıq olsun!

NFC ödənişləri ilə bağlı “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin birgə açıqlamasıNFC ödə...
01/05/2026

NFC ödənişləri ilə bağlı “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin birgə açıqlaması

NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.

Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.

Hazırda müşahidə olunan “ardıcıl vəsait çıxılması” halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.

Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.

Qeyd edirik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.

Layihənin operatoru “BakıKart”dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə BakıKart-a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq.

01/05/2026

📢Biz başladıq!

“Metro Hackathon” həyəcanı "İçərişəhər" stansiyasında start götürdü.🏁

72 nəfər – 18 komanda layihənin ən yaxşısı seçilmək uğrunda mübarizəyə qoşulub.

Bütün iştirakçılara uğurlar!🤝

01/05/2026

-un başlanmasına saatlar qalıb və biz hazırıq!👾

🚇Metronun "nəbzi" indi "İçərişəhər" stansiyasında döyünür.

Gözünüz bizdə olsun, hakaton həyəcanını bölüşməyə davam edəcəyik.👀

🚇 “Metro Hackathon”a SON 1 GÜN!Bakı Metropoliteni tarixində bir ilk olan “Metro Hackathon” layihəsi sabahdan başlayır. S...
30/04/2026

🚇 “Metro Hackathon”a SON 1 GÜN!

Bakı Metropoliteni tarixində bir ilk olan “Metro Hackathon” layihəsi sabahdan başlayır.

Süni intellekt (AI) əsaslı bu layihə metroda sərnişin axınının səmərəli idarə olunması, sıxlığın azaldılması və əməliyyat proseslərinin optimallaşdırılması məqsədi daşıyır. 🧠

30/04/2026

Bəzən əsl ritmi tapmaq üçün qulaqlıqları çıxarmaq kifayətdir.
Metroda cazın canlı ruhunu hiss et! 🎵

30 aprel - Beynəlxalq Caz Günü 🎷

30/04/2026

🟣Bənövşəyi xəttin şərti adı “B-04” olan sayca 5-ci stansiyası harada yerləşir?

Cəlil Məmmədquluzadə küçəsində tikintisi tamamlanmaq üzrə olan yeni stansiya tezliklə şəhərin xəritəsində öz yerini tutacaq. 🚇

📍Stansiyanın məkanı və ətrafında yerləşən mühüm obyektlərlə videotəqdimat vasitəsilə tanış ola bilərsiniz.

Bakı metropoliteni genişlənir − növbəti stansiyalarda görüşərik!

Bakı metrosunda növbəti rəqəmsal yenilik: artıq xarici bank kartları ilə də ödəniş etmək mümkündür!💳📌AZCON Holding şirkə...
29/04/2026

Bakı metrosunda növbəti rəqəmsal yenilik: artıq xarici bank kartları ilə də ödəniş etmək mümkündür!💳

📌AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni sərnişinlər üçün yerli bank kartları ilə yanaşı, xarici emissiyalı kartlarla da ödəniş imkanı yaradıb.

Bu yenilik may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində turistlər üçün böyük üstünlükdür. Şəhərimizin qonaqları əlavə kart almadan metrodan rahatlıqla istifadə edə biləcəklər.💫

NFC texnologiyası sayəsində turniketlərdən keçmək artıq daha rahat və sürətlidir – sadəcə kartını yaxınlaşdır, yoluna davam et!

Rəqəmsal həllər genişlənir, metro daha əlçatan olur. 🌍

WUF13 iştirakçıları üçün Bakı metropoliteni haqqında məlumatBakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ...
29/04/2026

WUF13 iştirakçıları üçün Bakı metropoliteni haqqında məlumat

Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur. Metroda ödəniş üçün “BakıKart”, həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə həyata keçirilə bilər.

WUF13 məkanına ən yaxın metro stansiyası “Koroğlu”dur. Metro hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

Əlilliyi olan şəxslər üçün “Əlçatan Metro” xidməti də mövcuddur.

Address

Mikayıl Rəfili 16
Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when Bakı Metropoliteni QSC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share