Deniz Xeberleri

Deniz Xeberleri Azərbaycanda Denizlə ve Dənizchiliklə bağlı xəbərləri və digər məlumatları bizdə izləyin

🇷🇺🇺🇦🇹🇷 Rusiyadan,  140.000 ton xam neft ilə dolu yola çıxan “Altura”  tankeri,  Bosfor boğazına ≈28km qalmış Ukrayna  pi...
26/03/2026

🇷🇺🇺🇦🇹🇷 Rusiyadan, 140.000 ton xam neft ilə dolu yola çıxan “Altura” tankeri, Bosfor boğazına ≈28km qalmış Ukrayna pilotsuz hava aparatlarının hücumuna məruz qalıb.

🔻 Bəhsi gedən “Altura” tankerinin (IMO 9290373) sahibi “Pergamon Denizcilik Isletmeleri” AŞ adlı Türkiyə şirkətidir.
PUA zərbəsi zamanı tankerdə 27 nəfərlik ekipaj olub, hamısı Türkiyə vətəndaşıdır. Tələfat yoxdur.

14/12/2025

⚡️Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.

Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.

Dövlət Məşğulluq Agentliyi tərəfindən belə bir vakansiya var.
04/12/2025

Dövlət Məşğulluq Agentliyi tərəfindən belə bir vakansiya var.

15/11/2025

⚡️Türkiyəli gəmiçilər Ukrayna SQ-nin “Neptun” raketləri ilə Rusiyanın dərinliklərinə endirilən zərbələri izləyiblər.Zərbələr Novorossiyskdə, “Şesxaris” neft terminalına endirilib.Reuters yazır ki, bu zərbələr dünya tədarükünün təxminən 2 faizini təşkil edən neft ixracını dayandırıb.

Ən yeni tarix. Maraqlı faktlar.450 kilometrlik bənd - SSRİ dövründə Xəzər dənizini ikiyə bölmək istəyiblər.SSRİ-də Xəzər...
12/09/2025

Ən yeni tarix. Maraqlı faktlar.

450 kilometrlik bənd - SSRİ dövründə Xəzər dənizini ikiyə bölmək istəyiblər.

SSRİ-də Xəzər dənizinin üstündən 450 kilometrlik bənd tikmək və başqa sözlə, dənizi ikiyə bölmək və ya bir dənizdən ikisini yaratmaq ideyası olub.

Xəzər dənizinin səviyyəsinin dəyişməsi prosesi əbəs yerə sarkaç (mayatnik) adlanmır. Su hövzəsi tarixi boyu dəfələrlə dayazlaşıb. Sonuncu belə dövr çox yaxın tarixdə baş verib.
1930-1940-cı illərdə dəniz səviyyəsi iki metr aşağı düşüb. Sonra dayazlaşma bir qədər yavaşlayıb və 1940-cı ildən 1970-ci ilə qədər səviyyə daha bir metr aşağı düşüb.
1977-ci ildə bu proses yenidən sürətlənib və su daha yarım metr azalaraq 500 il əvvəlki dayazlıq rekordunu yeniləyib. 1977-ci ilə qədər dəniz üç metrdən çox dayazlaşıb və Quryev yaxınlığındakı sahil xətti demək olar ki, 35 km geri çəkilib. Dənizin şimal hissəsində orta dərinlik cəmi 4-5 m olub və balıq ovu 40% azalıb.

Maraqlıdır ki, dənizi “xilas etmək” üçün ideyalar çar mühəndisləri tərəfindən irəli sürülüb. 1871-ci ildə Yakov Demçenko Ob və İrtışı Aral dənizinə, sonra isə Xəzər dənizinə çevirmək arzusunda olub. Bununla belə, 1950-ci illərdə o vaxtlar güman edildiyi kimi, Boris Apollovun daha real layihəsinə diqqət edilib.
O, Bakıdan Krasnovodska kimi torpaq bənd tikməyi təklif edib.

Plana əsasən, tiklinin uzunluğu 450 km, zirvəsi su səviyyəsindən bir qədər yüksək, içərisində su elektrik stansiyası və hətta qatarlar üçün marşrutun olması nəzərdə tutulub.

Eyni zamanda, mühəndislər Selitski və Bellavin daha sərt variant irəli sürüblər - daha şimalda, Tyuleniy adasından Manqışlaqa qədər kor bənd tikmək. Lakin 1951-ci ildə Dövlət Plan Komitəsi hər iki variantı həddindən artıq bahalı hesab edib. Şimal çaylarının yönləndirilməsi ideyası gələcək onilliklər ərzində elm adamlarının beynini məşğul etsə də, ölkə iqtisadiyyatı, görünür, belə vəsaitin öhdəsindən gələ bilməyib.

Yeri gəlmişkən, bir az da şərqdə, Aral dənizinin mənzərəsi, yəqin ki, aydın xəbərdarlıq rolunu oynayıb. Hələ 1960-cı illərdə Amudərya və Sırdəryanın suları kütləvi şəkildə pambıq plantasiyalarına yönəldilməyə başlanıb və nəticədə bütün cənub Aral dənizi yox olub, geridə səhra və yüzlərlə kilometrə duz səpələyən sərt küləklər qalıb. Dənizin şimal hissəsi Kok-Aral bəndi sayəsində qurumayıb və bu gün yavaş-yavaş bərpa olunur.

Xəzər dənizi təbii dövrlər və cəsarətli, bəzən isə tələsik mühəndislik ambisiyaları arasında tarazlıq yaradıb. 1980-ci ildə sovet inşaatçıları buxarlanmanı azaltmaq üçün Qaraboğazgöl yolunu bağlayıblar. Dörd il sonra dənizin səviyyəsi qalxıb, bəndin açılması qaçılmaz olub. Aydın olub ki, Xəzər dənizi, bir qayda olaraq, öz qanunları ilə yaşayır və insan müdaxiləsi həmişə kömək etmir.

1978-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi artmağa başlayıb və bu proses 1995-ci ilə qədər davam edib. Bu dövrdə Xəzərin səviyyəsi təxminən 2.65 metr artaraq Baltik sistemi ilə - 26.40 metr olub. 1995-ci ildən 2010-cu ilə qədər müəyyən stabilləşmə müşahidə olunub.
Bu dövrdə kəskin səviyyə tərəddüdləri qeydə alınmayıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırkı dövrə qədər davam edir.

Xəzər dənizinin Qazaxıstan hissəsi çox dayazdır. 2001-ci ildən bəri şimal-şərq sahil xətti 50 kilometrdən çox geri çəkilərək minlərlə kvadrat kilometrlik keçmiş dəniz dibini quru əraziyə çevirib. Xəzərin səviyyəsi 5 metr aşağı düşərsə, Qazaxıstan hissəsindəki ekoloji əhəmiyyətli ərazilərin 60 faizə qədəri yoxa çıxa bilər. Bununla yanaşı, 10 metrlik dayazlaşma belə ərazilərin 80 faizindən çoxunun itirilməsi, yaşayış yerlərinin və mühafizə sədlərinin pozulması ilə nəticələnəcək.

Digər tərəfdən, Xəzərin səviyyəsinin azalması onun duzluluğunun artmasına gətirib çıxaracaq. Dənizdəki canlıların 10-12 promilli duzluluğa öyrəşdikləri üçün 20 promilli duzluluq onların həyatı üçün ciddi təhlükədir. Eyni zamanda səviyyə endikcə dayazlaşma daha çox gedir, dayaz yerlər yayda daha çox qızır, qışda isə tez donur. Temperaturun yüksəlməsi oksigenin də buxarlanmasına səbəb olur və su oksigensizləşir. Bu da canlıların tələf olması ilə nəticələnir.

Bütün hallarda dənizin qurumasının qarşısını almaq beş Xəzəryanı ölkənin üzərində ciddi məsuliyyət qoyub. Müzakirələr, bəyanatlar və alimlərin danışıqları mətbuatda səslənsə də, Xəzər geri çəkilir.

İlkin Nəcəf.

20/07/2025

⚡🔥🚢 İndoneziya sahillərində 280 sərnişini daşıyan bərədə güclü yanğın başlayıb.İnsanlar qorxu içində suya atılıblar. KİV yazır ki, yardım hadisə başlayandan yarım saat sonra çata bilib.

🇮🇷🇷🇺 İran və Rusiya üç gün ərzində Xəzər dənizində desant əməliyyatlarını, narkoticarət, qaçaqmalçılıqla mübarizəni simu...
20/07/2025

🇮🇷🇷🇺 İran və Rusiya üç gün ərzində Xəzər dənizində desant əməliyyatlarını, narkoticarət, qaçaqmalçılıqla mübarizəni simulyasiya edəcək.

🔸 Təlimlərdə raket qüvvələri, hava qüvvələri və desant qrupları iştirak edəcək.

🇷🇺🇦🇿🇮🇷 Beynəlxalq münasibətlərdə və hüquqda belə bir anlayış var ki, əgər dövlətlər başqa dövlətlə sərhəddə hərbi təlimlər keçirirsə, bu barədə həmin tərəfi əvvəlcədən məlumatlandırır. Əks halda bu təlimlər qarşı tərəfə yönəlmiş hesab edilir.

🟡 Misal olaraq 44 günlük Qarabağ müharibəsindən sonra İranın Azərbaycana xəbər vermədən Azərbaycan sərhədində keçirdiyi təlimlərə qarşı Azərbaycan tərəfi də təlimlər keçirərək cavab verdi. Eyni zamanda 2016-cı ildə aprel hadisələri zamanı Rusiya Xəzər donanmasını Azərbaycan sərhədinə yaxınlaşdırdı. Bütün bunlar təzyiq metodu idi.

🟡 Bu baxımdan əgər İran və Rusiyanın hərbi təlimləri təsdiqlənərsə və bununla bağlı Azərbaycanı məlumatlandırmayıblarsa, bu son baş verən proseslərə görə Moskva və Tehranın Azərbaycana təzyiqə çalışmasının göstəricisi olacaq.

⚡️ 2 aydır 30 nəfər azərbaycanlıdan xəbər yoxdur.🇦🇿 Azərbaycana məxsus 3 gəmi Afrikada Eritreya dövlətinə aid sularda hə...
08/01/2025

⚡️ 2 aydır 30 nəfər azərbaycanlıdan xəbər yoxdur.

🇦🇿 Azərbaycana məxsus 3 gəmi Afrikada Eritreya dövlətinə aid sularda həbs edilib.

⛴️ Uzaq səfərlər kapitanı Səyyar Quliyevin sözlərinə görə heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır.

21/06/2024

Bu gün Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin təşkilatçılığı ilə “Dəniz N

16/06/2024

Her kesi muqeddes Qurban bayrami munasibeti ile urekden tebrik edirem her birinize Allahdan mohkem can sagligi ureyinizde olan butun xosh arzulariniza yetishmenizi dileyirem. Var olasiniz .

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Deniz Xeberleri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share