Tetil.net

Tetil.net Tetil.net 728 avia şirkət, 5 bronlama sistemi və 50 agentlikdən ən ucuz qiymətlərini qarşılaşdıraraq sizlərə ən ucuz bileti tapmağınıza kömək edir

03/11/2019

Tufine Geyimdən Möhtəşəm Kampaniya. Səhifəmizdən alacağınız ikinci Ayaqqabı, Çanta vəya Aksesuar sadəcə 20AZN!!!
Diqqət: Kampaniya eyni anda alınan iki məhsul üçün keçərlidir. Kampaniya, kişi geyimləri üçün olan .man səhifəmizdə də keçərlidir... 🚚 3-7 gün ərzində Pulsuz Adresə Çatdırılma(Bakı Şəhəri)
📦 Bölgələrə Poçt ilə göndərim.
💳 Rahat və Etibarlı Ödəmə.
📱 Whatsapp: +90 552 4990062
📱 Whatsapp: +90 553 6842451

Happy New Year. 🎄 We wish good years for all of you. 🎉🎊 Have a good trip.
31/12/2018

Happy New Year. 🎄 We wish good years for all of you. 🎉🎊 Have a good trip.

İnstagram'da bizi izləməyi unutmayın 🙂
17/10/2018

İnstagram'da bizi izləməyi unutmayın 🙂

24/04/2018
Artıq Logomuzu gördüyünüz hər yerdə ucuz təyyarə biletlərini əldə edə bilərsiniz. Tetil.net 700+ havayolu şirkəti və 40+...
10/04/2018

Artıq Logomuzu gördüyünüz hər yerdə ucuz təyyarə biletlərini əldə edə bilərsiniz. Tetil.net 700+ havayolu şirkəti və 40+ booking şirkətindən ən uyğun biletləri axtararaq sizə təqdim edir.
Not: Partnyor olmaq istəyən Tur Şirkətləri, Fərdi şəxslər, Şirkətlər bizimlə əlaqə saxlaya bilərlər. Partnyor olan qurum və kəslərə xüsusi ayrıcalıqlar olacaqdır.

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim.Daim ucalasan! Savaş günündə Əsgər silahıyla səni...
09/11/2017

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Möhtəşəm Antalya - Kemer Turu.Sentyabr ayı üçün Türkiyənin ən maraqlı turizm mərkəzlərindən biri olan Antalyaya getməyə ...
02/08/2017

Möhtəşəm Antalya - Kemer Turu.
Sentyabr ayı üçün Türkiyənin ən maraqlı turizm mərkəzlərindən biri olan Antalyaya getməyə tələsin.
Hərşey daxil tur paketimizdə, Gediş gəliş təyyarə bileti, Transfer, Hər şey daxil oteldə 6 gecə 7 gün istirahət şansını qaçırmayın.

Əlaqə: 055 988 81 18

Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablamışdır.
Turun ödənişi günün məzənnəsinə uyğun olaraq manatla qəbul ediləcək.

Möhtəşəm Antalya Turu.Buta Airwayslə Sentyabr ayı üçün Türkiyənin ən maraqlı turizm mərkəzlərindən biri olan Antalyaya g...
19/07/2017

Möhtəşəm Antalya Turu.
Buta Airwayslə Sentyabr ayı üçün Türkiyənin ən maraqlı turizm mərkəzlərindən biri olan Antalyaya getməyə tələsin.
Hərşey daxil tur paketimizdə, Gediş gəliş təyyarə bileti, Transfer, Hər şey daxil 4 ulduzlu oteldə 6 gecə 7 gün istirahət şansını qaçırmayın.

Çətir, Minder, Şezlong, Gymnastics, Aerobic, Step, Darts, Basketbol, Mini Futbol, Mini Golf, Tennis, Tennis Avadanlıq, Stolüstü Tennis, Fitness Center, Türk Hamamı, Sauna, Gecə Animasiyaları, Wi-fi Mini bar (adam sayına görə su qoyular.) və daha bir çox xidmət.

Ətraflı məlumat üçün əlaqə:
055 988 81 18

Türkiyənin gözəl yerlərindən olan Bodrumda istirahət fürsəti.Hərşey Daxil Paketlərimizlə Bodrumda İstirahət edə bilər və...
11/07/2017

Türkiyənin gözəl yerlərindən olan Bodrumda istirahət fürsəti.

Hərşey Daxil Paketlərimizlə Bodrumda İstirahət edə bilər və yay tətilinizi əyləncəli keçirə bilərsiniz.

Paketə Daxildir :
- Gediş-Gəliş Təyyarə bileti(Bakı-Bodrum-Bakı)
- Havalimanı-Otel Transfer
- 6 Gecə Otel
- Səhər,Günorta və Axşam Yeməyi
- Türk Hamamı, Sauna, Mini Bar, Plajdan istifadə(Şezlonq,Havlu), Fitness Center və.s pulsuz istifadə
- 11.00 - 23.30 saatları arasında yerli spirtli / spirtsiz içkilər və bəzi kokteyllər və.s

Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablamışdır.
Turun ödənişi günün məzənnəsinə uyğun olaraq manatla qəbul ediləcək. Əlavə Məlumat üçün Səhifənin Mesaj Qutusuna Yaza Bilərsiniz.

30/06/2017

✈️ İstanbul - Bakı (tək yön uçuş)
Qiymət : 77 $
Uçuş tarixi : 07.07.2017
Biletə Daxildir : 9 kg əl baqajı, Təyyarədə qidalanma

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta Airways”in bütün istiqamətləri üzrə yekun minimal qiymət bir tərəfə cəm...
24/06/2017

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta Airways”in bütün istiqamətləri üzrə yekun minimal qiymət bir tərəfə cəmi 29 avro təşkil edəcək.



İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.



“Buta Airways”in Bakıdan Tbilisiyə ilk aviareysi sentyabrın 1-də yerinə yetiriləcək.



Minimal “BÜDCƏ” tarifi ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. “STANDART” tarifi ilə alınan aviabiletləri dəyərinin 50 faizi tutulmaqla dəyişmək və ya qaytarmaq mümkün olacaq.



Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.

Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edəcək. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkün olacaq. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edəcək.

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkün olacaq. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.



“Buta Airways”in reyslərində əlavə opsiyalar kimi təyyarə salonunda komfortlu yerlər təqdim olunacaq. Birinci sırada və qəza çıxışının yanında ayaqlarınız üçün daha geniş sahəsi olan yerlər 25 avro, ön sıralarda prioritet yerlər 15 avro təşkil edəcək. Uçuşa qeydiyyat aviaşirkətin saytında və müstəqil qeydiyyat köşklərində pulsuz olaraq mümkün olacaq. Bu, hava limanındakı qeydiyyat masalarında isə 3 avro təşkil edəcək.

“Buta Airways”in aviareyslərində eyniadlı bort jurnalı pulsuz olaraq paylanılacaq. Jurnal həm Azərbaycan vətəndaşlarına, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə səyahət edən qonaqlara və tranzit sərnişinlərə eyni dərəcədə maraqlı olacaq. Jurnalda ölkəmizdə və xaricdə maraqlı və tanınmayan yerlər, milli mətbəx və aviaşirkətin uçuşlar yerinə yetirdiyi bu və ya digər şəhərdə vaxtın necə səmərəli keçirilməsi haqqında məlumatlar dərc olunacaq.



Yaxın zamanda aviabiletlərin saytda, kassalarda və həmçinin rəsmi agentliklərdə satışına başlanılacaq. Bütün ödənişlər uçuşun başladığı ölkənin yerli valyutasında Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçiriləcək.

“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.





“Buta Airways” aviaşirkətinin mətbuat xidməti

Address

Sabit Rəhimov Küç, 53a
Baku

Alerts

Be the first to know and let us send you an email when Tetil.net posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share