Azərbaycan Dəmir Yolları - ADY

Azərbaycan Dəmir Yolları - ADY ADY-nin rəsmi Facebook səhifəsi. 1822 Məlumat mərkəzi. 1880-ci ilin 20 yanvar tarixində Azərbaycanda ilk dəmir yolu istifadəyə verilib.

Bakı–Sabunçu–Suraxanı marşrutu ilə yola çıxan qatar Azərbaycan nəqliyyatı tarixində yeni səhifənin – dəmir yolları dövrünün başlanmasını bəyan etdi. Çox keçmədi ki, qatarlar, vağzallar, dəmir cığırlar Azərbaycan peyzajının ayrılmaz hissəsinə çevrildi. Dəmir yolu xətləri Azərbaycanın hər yerinə uzandı, coğrafi baxımdan uzaq olan bölgələri bir-birinə və eyni vaxtda mərkəzə – Bakıya caladı. Bir müddə

t sonra ölkəmizin dəmir yolları qonşu regionlarla birləşdirildi, Xəzəri Qara dənizlə, Şimalı Cənubla bağladı. Bu gün Azərbaycanın dəmir yolları inkişafının yeni mərhələsini yaşayır. Ölkəmizdə və beynəlxalq məkanda dəmir yolu nəqliyyatı sahəsində xidmətlərə tələbatın yüksək səviyyədə təmin olunması, Respublikamızın Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevrilməsi, regionda əməkdaşlığın, ticarət dövriyyəsinin və rəqabət qabiliyyətliliyinin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin yüksək səviyyədə həyata keçirilməsi qarşıya qoyulan mühüm hədəflərdəndir.

🇦🇿 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, ətraf mühitin mühafizə...
23/05/2026

🇦🇿 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və dayanıqlı idarəçiliyində davamlı nailiyyətlər arzulayırıq.

👦🏻👧🏻 Balaca sərnişinlərimiz üçün pulsuz səyahət! 🚆 ADY-nin Bakı–Tbilisi–Bakı qatarında- 5 yaşa qədər uşaqlar ayrıca yer ...
22/05/2026

👦🏻👧🏻 Balaca sərnişinlərimiz üçün pulsuz səyahət!

🚆 ADY-nin Bakı–Tbilisi–Bakı qatarında

- 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz,
- 5–10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq 50%-dək endirimlə səfər edə bilərlər.

❗️ Əsas qaydalar:
- 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir.
- ⁠Uşaqla səyahət etibarlılıq müddəti olan pasportun əsasında aparılır. Uşaq 1 valideynlə səyahət edirsə, digər valideynin və ya digər böyüklə (valideynsiz) səyahət edirsə, hər 2 valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi təqdim olunmalıdır.

🎟️ Biletləri saytımızdan, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.

🧳🚆 Bakı–Tbilisi–Bakı qatarı ilə səfərdə baqaj rahatlığı!🎒 Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sini...
22/05/2026

🧳🚆 Bakı–Tbilisi–Bakı qatarı ilə səfərdə baqaj rahatlığı!

🎒 Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz apara bilərsiniz. Bundan əlavə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.

👶🛒 Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

✨ Hər birinizə rahat səyahət, xoş anlar və yaddaqalan xatirələr arzulayırıq!

⭐ ADY ilə hər kəs üçün maneəsiz və rahat səyahət!🚆 Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarımız fiziki məhd...
22/05/2026

⭐ ADY ilə hər kəs üçün maneəsiz və rahat səyahət!

🚆 Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarımız fiziki məhdudiyyətli sərnişinlərimizin maneəsiz səyahəti üçün inklüzivlik imkanları ilə seçilir:

💺 Rahat hərəkət üçün geniş və xüsusi dizayn edilmiş oturacaqlar
🚿 Uyğunlaşdırılmış duş kabinlər
♿ Xüsusi panduslar və tutacaqlar və s.

🤝 Təlim görmüş peşəkar qatar heyətimiz isə maneəsiz səyahətə kömək etmək üçün hər zaman hazırdır.

💙 Fərqliliklərin fərqində, səfərin ritmindəyik!

✅ Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.🎟️ Ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500...
22/05/2026

✅ Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.

🎟️ Ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.

🚆 Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.

ℹ️ Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.

Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik.

✅ Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.

21/05/2026

🎫 Bakı–Tbilisi qatarına bilet alan ilk sərnişin Elnarə Rəsulova.

🚆 Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkət edəcək.

📲 Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz.

🚆 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı.🎟️ Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tə...
21/05/2026

🚆 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı.

🎟️ Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz.

✨ Xoş və unudulmaz səfərlər arzulayırıq!

🎓 ADY və ADA Universitetinin birgə təşkil etdiyi “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşıb və iştirakçılara serti...
21/05/2026

🎓 ADY və ADA Universitetinin birgə təşkil etdiyi “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşıb və iştirakçılara sertifikatlar təqdim olunub.

🚆 160-dan çox rəhbər əməkdaşın iştirak etdiyi proqram çərçivəsində liderlik, effektiv kommunikasiya, emosional zəka və idarəetmə bacarıqları üzrə təlimlər keçirilib.

✨ Bu təşəbbüs ADY-də müasir idarəetmə yanaşmalarının tətbiqinə və liderlik potensialının inkişafına yönəlmiş strateji fəaliyyətlərin mühüm hissəsidir.

🔗Ətraflı: https://sml.az/ady-ada-telim

🚆 Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı.💺 Sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə...
21/05/2026

🚆 Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı.

💺 Sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək.

ℹ️ Qeyd edək ki, bu marşrut üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək.

20/05/2026

🏙️🏞️ Narikala, Abanotubani, Mtatsminda, Botanika bağı, Lisi gölü, Kür çayı və daha çoxu.

🛤️ Tezliklə yola çıxacağıq!

🚆 Bakı-Tbilisi-Bakı reysləri "Stadler" markalı müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.ADY-nin sərnişin daşımal...
20/05/2026

🚆 Bakı-Tbilisi-Bakı reysləri "Stadler" markalı müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.

ADY-nin sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov “APA Economics”ə müsahibəsində yeni nəsil qatarların üstünlüklərindən danışıb:

Yeni nəsil vaqonlar sərnişinlərə daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edir. Əvvəlki dövrdə istifadə olunan “plaskart” vaqonlar bu qatarların tərkibində mövcud deyil. Yeni model daha çox komfortlu gecə səfəri konsepsiyasına əsaslanır.

🔗Ətraflı: https://bit.ly/42MwKCH

Address

Dilarə Əliyeva Küç. 230, Bakı
Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dəmir Yolları - ADY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Dəmir Yolları - ADY:

Share