17/12/2015
Karvan Logistics “Viking Qatarı”na Qoşuldu.
11-12 noyabr, 2015-ci ildə Gürcüstanın Tbilisi şəhərində "Vikinq Qatarı" layihəsinin illik yığıncağının növbəti görüşü keçirilib. Bu görüşdə Azərbaycandan “Karvan Logistics” şirkətinin “Vikinq” proyektinə operator kimi qoşulması haqqında qərar qəbul olunub.
Qeyd etmək lazımdır ki, “Karvan Logistics” LLP ilə yanaşı “Vikinq Qatarı” layihəsinə "Litva Dəmir Yolları" ASC, "Belintertrans - Nəqliyyat və Logistika Mərkəzi", UDMTS "Liski", "Transcontainer Ukrayna” MMC, "PLASKE" ASC, "Levada Cargo” MMC, Gürcüstan Dəmor Yolları, “BDZ - Yük Daşıması”, “Translogist Systems”, "Rofercped" ASC, Türk Birliyinin Logistika Şirkəti “BALO”, GEFKO, və “Steveco Logistics” də daxildi.
Eyni zamanda görüşdə yeni rəqabət qabiliyyətli tariflər üzrə qərarlar qəbul edilməsi ilə yanaşı layihə, onun gələcək perspektivləri və bunların həyata keçirilməsi haqqında hesabatlar müzakirə olundu.
Uzunluğu 1 753 km olan “Viking Qatarı” layihəsi Litvanın təşəbbüsünün ardından Belarusiya və Ukraynanın da qoşulması ilə 2003-cü ildən etibarən fəaliyyətə başlamışdır. Layihənin əsas məqsədi Skandinaviya ölkələrini Qara Dənizə birləşdirmək və buradan yüklərin Türkiyə, Aralıq Dənizi, Avropa, İran, Yaxın Şərq, Azərbaycan və Mərkəzi Asiyaya çıxışını təmin etməkdir.
Layihə Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynamaqla yanaşı ölkənin tranzit potensialını da genişləndirir. Bu proyektin əsas məqsədi nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin optimallaşdırılması, tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, prosedurlarının şəffaflaşdırılması və asanlaşdırılmasıdır.