ASCO - Azerbaijan Caspian Shipping Company

ASCO - Azerbaijan Caspian Shipping Company "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) rəsmi "Facebook" səhifəsi

🚢 RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 4 il ötür.Gəmi görkəmli oftalmoloq, akademik Zərif...
28/04/2026

🚢 RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 4 il ötür.

Gəmi görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın adını daşıyır və onun doğum günündə – 28 aprel 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

📦 Ötən müddətdə gəmi-bərə ilə
🚛 427 vaqon,
🚚 25 226 yük avtomobili,
🚗 2 439 minik avtomobili,
🧍‍♂️ 23 330 sərnişin daşınıb.

Ətraflı 🔗 https://seanews.az/az/pages/35/news/17136?555
Details 🔗 https://asco.az/en/pages/7/28/news/2418
Подробнее: 🔗 https://asco.az/ru/pages/7/28/news/2418

Bu gün görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümüdü...
28/04/2026

Bu gün görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.

Zəngin mənəviyyat sahibi, əsl ziyalı kimi mənalı ömür yolu keçmiş Zərifə xanımın əziz xatirəsini dərin hörmətlə yad edirik.

AZCON Holding şirkətlərindən olan ASCO Çin Xalq Respublikasının Çendu şəhərində təşkil edilən 8-ci Çin Beynəlxalq Təchiz...
27/04/2026

AZCON Holding şirkətlərindən olan ASCO Çin Xalq Respublikasının Çendu şəhərində təşkil edilən 8-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində Azərbaycanın milli pavilyonunun iştirakçılarından biri kimi iştirak edir.

Sərgi çərçivəsində ASCO-nun nümayəndəsi iştirakçılara şirkətin tarixi, müasir donanması, göstərdiyi xidmətlər, o cümlədən daşımalar, eləcə də Xəzərdə və Xəzərdən kənar sularda fəaliyyət coğrafiyası barədə ətraflı məlumat təqdim edir.

Tədbirin əsas məqsədi qlobal təchizat zəncirlərinin dayanıqlılığının və fasiləsizliyinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, xüsusilə Orta Dəhliz üzrə əldə edilmiş nailiyyətlərin müzakirəsi və bu marşrutun rəqabətqabiliyyətliyinin artırılmasıdır.

🛳️ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial x...
25/04/2026

🛳️ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Ziyarətin əsas məqsədi ahıl şəxslərin asudə vaxtlarının səmərəli təşkili, onların sosial fəallığının artırılması və ölkəmizin zəngin dənizçilik irsi ilə yaxından tanış olmaları üçün şərait yaratmaqdır.

Muzeylə tanışlıq zamanı qonaqlar Azərbaycan və dünya gəmiçilik tarixini, bu sahədə formalaşmış ənənələri əks etdirən ekspozisiya zallarını gəziblər. Muzeydə təqdim olunan tarixi eksponatlar, həmçinin zalların memarlıq xüsusiyyətləri və tətbiq edilən müasir texnoloji yanaşmalar ziyarətçilərin marağına səbəb olub.

Səfər çərçivəsində muzeyin bələdçiləri qonaqlara ölkəmizin dəniz nəqliyyatının keçdiyi tarixi yol, əldə olunan nailiyyətlər və dənizçi peşəsinin xüsusiyyətləri barədə ətraflı məlumat veriblər.

Astanada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin iclası və Ümumi yığıncağ...
24/04/2026

Astanada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin iclası və Ümumi yığıncağı keçirilib. Toplantıda AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Ətraflı 🔗 https://seanews.az/az/pages/35/news/17122?555
Read more🔗 https://asco.az/en/pages/28/news/2414
Подробнее 🔗 https://asco.az/ru/pages/28/news/2414

ℹ️ Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.🚢 Beləliklə, Avropa İttifaqı Şurasının 2...
24/04/2026

ℹ️ Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

🚢 Beləliklə, Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli qərarı ilə ASCO-nun “Zaqatala”, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv edilib.

🤝🏻 Məsələnin müsbət həlli Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding şirkətlərindən olan ASCO, eləcə də SOCAR-ın koordinasiyalı diplomatik və hüquqi fəaliyyəti nəticəsində mümkün olub.

Ətraflı 🔗 https://seanews.az/az/pages/35/news/17117
Read more🔗 https://asco.az/en/pages/28/news/2411
Подробнее 🔗 https://asco.az/ru/pages/28/news/2411

⛴️ “Azərbaycan   və   Holdinqi (AZCON Holding)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmi...
23/04/2026

⛴️ “Azərbaycan və Holdinqi (AZCON Holding)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının cari ilin ilk rübünün nəticələrinə dair iclası keçirilib.

➡️ İclas zamanı ASCO-nun cari fəaliyyətinə dair hesabatlar dinlənilib, icra olunan layihələrin gedişatı və əsas əməliyyat göstəriciləri ətrafında müzakirələr aparılıb.

✅ Həmçinin qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib, strateji hədəflərə uyğun olaraq müvafiq tapşırıqlar verilib.

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi energetik qurğularının nəzəri və praktiki problemləri” mövzusunda ...
23/04/2026

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi energetik qurğularının nəzəri və praktiki problemləri” mövzusunda elmi seminar keçirilib.

🛳️ Seminarda aşağıdakı mövzularda müzakirələr aparılıb:

⚙️ Gəmilərdə energetik qurğuların istismarı
⛽ Alternativ yanacaqlardan istifadə
🌍 Ətraf mühitin mühafizəsi zamanı qarşıya çıxan problemlər
🤖 Süni intellekt və onun gəmiçilikdə tətbiqi

Ətraflı 🔗 https://seanews.az/az/pages/31/news/17111?555

⚓ “Üfüq”, “Zəfər” və “Turan” gəmilərinin fəaliyyətinin 𝟏𝟎 ili!⛴️ ASCO-nun sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda t...
22/04/2026

⚓ “Üfüq”, “Zəfər” və “Turan” gəmilərinin fəaliyyətinin 𝟏𝟎 ili!

⛴️ ASCO-nun sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda tikilmiş bu gəmilər 𝟐𝟐 𝐚𝐩𝐫𝐞𝐥 𝟐𝟎𝟏𝟔-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

👥 Ötən dövrdə bu gəmilərlə ümumilikdə 𝟐𝟖𝟎 𝟎𝟎𝟎-dən çox sərnişinin sürətli və təhlükəsiz şəkildə mənzil başına çatdırılması təmin olunub.

Ətraflı 🔗 https://seanews.az/az/pages/20/news/17103?555
Read more🔗 https://asco.az/en/pages/28/news/2409
Подробнее 🔗 https://asco.az/ru/pages/28/news/2409

21/04/2026

🗓️ 𝟐𝟏 𝐚𝐩𝐫𝐞𝐥 Dünya Yaradıcılıq və İnnovasiya Günüdür.

🛠️ Milli Aviasiya Akademiyasının peşəkar mütəxəssislərinin ASCO üçün hazırladığı bu dron innovasiya və yaradıcılığın vəhdətinin nəticəsidir.

🌊 Qurğu dənizdə 𝟏𝟎 𝐤𝐢𝐥𝐨𝐦𝐞𝐭𝐫 məsafəyə qədər 𝟏𝟎 𝐤𝐢𝐥𝐨𝐪𝐫𝐚𝐦𝐚 kimi yük çatdırılması, eləcə də aeroçəkilişlər üçün nəzərdə tutulub.

⏱️ Cihaz aeroçəkiliş rejimində 𝟒𝟎 dəqiqə, fasiləsiz yükdaşıma rejimində isə 𝟑𝟎 dəqiqə havada qala bilir.

🎬 Dronun sınaq uçuşundan hazırlanmış videonu sizinlə paylaşırıq.

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iş...
20/04/2026

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.

Address

Mikayıl Useynov 2
Baku
AZ1003

Alerts

Be the first to know and let us send you an email when ASCO - Azerbaijan Caspian Shipping Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ASCO - Azerbaijan Caspian Shipping Company:

Share