Mover.az

Mover.az Mover.az Türkiyə, Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirliklərindən yüklərin Azərbaycana d

Amerika və Türkiyənin internet mağazalarından istənilən malın Azərbaycana sərfəli çatdırılması.

12/05/2023

Silkvey şirkətinin nümayəndəsi Şəlalə Həsənova ilə 5 Dekabr tarixində yüklərin uçacağı ilə bağlı səs yazısı və 8 Dekabr tarixində agentlərə bildirilən yükü qəbul etməmə məktubunun ekran görüntüsü.

Mover 2021,2022,2023 ci illərdə bazar payını hansı miqyasda itirdiyinin görüntüsü.Qeyd olunan məlumatlar Smart Customs s...
12/05/2023

Mover 2021,2022,2023 ci illərdə bazar payını hansı miqyasda itirdiyinin görüntüsü.

Qeyd olunan məlumatlar Smart Customs sistemində bəyan olunmuş bağlamaların sayına uyğun olaraq hesabatı aparılıb.
Smart Customs tətbiqinə daxil olaraq 3 saniyə diqqətlə baxdıqda şifrələnmə avtomatik açılır və bəyannamə nömrənizdən sizdə bu gün neçənci bəyannamənin sizə aid olduğunu görə bilərsiniz.
Bəyannamə qarşısında 6 rəqəmindən sonraki tarix il-gün-ay sondaki rəqəmlər isə günlük bəyannamə sıra nömrənizdir.
Mover 2021 ci il 17 may tarixindən hər gün sonu bəyannamə sayını öz sistemində qeyd edir və bazar payını bu məlumatların üzərindən izləyir.

12/05/2023

2021 ci il ərzində davamlı olaraq Mover yükləri əsassısz səbəblərlə tək-tək sayılaraq rəsmiləşdirmə proseduru aparılırdı.
Bununla bağlı Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov ilə görüşdə Anar bəy secretariat ünvanına şikayətimi yazacağımız halda şikayətlərə baxılacağını bildirdi bütün şirkətlər qarşısında.
Saxlanılma səbəbi hər dəfə daha absurd bəhanə ilə əvəz olunurdu. Bu dövrdə səbəb bağlamaların gömrüyə təqdim edilmə çəkisi ilə faktiki hava yolunda daşıma çəkisi arasındaki fərq idi?!
Məktubda bu bağlamalara etiket vurulduğu kisələrə əlavə olunduğu detalları izah etməyə çalışırdıq.
Mover tərəfindən göndərilən məktub hazırki dövrə qədərdə oxunmayıb...

Mover MMC rəhbəri Arif Şəmistanlının Azərbaycan Respublikası İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova açıq müraciəti
11/05/2023

Mover MMC rəhbəri Arif Şəmistanlının Azərbaycan Respublikası İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova açıq müraciəti

20 Yanvar -  Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq filiallarımız, məntəqələrimiz və digər bütün xidmətlərimiz fəaliyyət...
19/01/2023

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq filiallarımız, məntəqələrimiz və digər bütün xidmətlərimiz fəaliyyət göstərməyəcəkdir.

Dəyərli müştərilər!Yeni il ilə bağlı qeyri-iş günlərimizi təqdim edirik: 💌31 dekabr-3 yanvar tarixlərində qeyri-iş günlə...
30/12/2022

Dəyərli müştərilər!
Yeni il ilə bağlı qeyri-iş günlərimizi təqdim edirik: 💌

31 dekabr-3 yanvar tarixlərində qeyri-iş günləridir. 4 yanvardan etibarən xidmətinizdə olacağıq. 😊

2 yanvar tarixindən isə Füzuli anbarımız fəliyyət göstərəcəkdir. Zəruri qeyd: Bağlamalarınız yalnız online ödəniş etdiyiniz halda təhvil verilə bilər.

Hörmətli Müştərilər!Nəzərinizə çatdırmaq istəyirik ki, bir müddətdir ABŞ anbarımıza daxil olan bağlamaların müştərilərə ...
14/12/2022

Hörmətli Müştərilər!
Nəzərinizə çatdırmaq istəyirik ki, bir müddətdir ABŞ anbarımıza daxil olan bağlamaların müştərilərə vaxtında çatdırılmasında problemlərlə üzləşirik. ABŞ anbarından bağlamaların çatdırılmasında baş verən gecikmələr “Silk Way” şirkətinin “Mover”-a olan qərəzli münasibəti səbəbi ilə baş verməkdə davam edir. Belə ki, uzun müddətdir əməkdaşlıq etdiyimiz, ABŞ-dan daşımaları həyata keçirən “Silk Way” şirkəti və onların agenti olaraq çıxış edən xarici şirkətlər bağlamaların Bakı anbarına göndərilməsindən qanunsuz olaraq imtina edirlər. Xarici agent şirkətlər imtinanın əsası kimi “Silk Way” tərəfindən “Mover”-a aid bağlamalarının daşınmasına məhdudiyyət qoyulduğunu bildirirlər. Tərəfimizdən dəfələrlə “Silk Way” şirkətinə müraciət edilsə də, onlar müraciətlərimizi cavablandırılmamışlar və ya şifahi olaraq rəhbərliyin bu məsələ ilə bağlı qərar verməli olduğunu bildirmişlər. Sözügedən şirkətin məhsul şəxsi olduğunu iddia edən Şəlalə Həsənova tərəfindən “Silk Way” ilə “Mover” arasında hüquqi problemin olduğu bildirilsə də, “Silk Way” şirkətinin hüquq şöbəsi ilə əlaqə saxladıqda şöbənin məsul şəxsi bildirmişdir və təsdiq etmişdir ki, “Mover” ilə “Silk Way” arasında heç bir hüquqi mübahisə yoxdur və ola da bilməz. Belə ki, şirkətlər arasında heç bir birbaşa və dolayı müqavilə, yəni hüquqi münasibət yoxdur. Onu da qeyd edək ki, tərəfimizdən “Silk Way” şirkətinə uzun illərdir ki, müqavilə bağlamaq üçün müraciət edilsə də, şirkət bu təklifdən də əsassız olaraq
dəfələrlə imtina etmişdir. Bildirmək istəyirik ki, bizim “Silk Way” ilə ”əməkdaşlıq” etdiyimiz dövr ərzində sözügedən şirkət ilə heç bir mübahisəmiz, o cümlədən indiki münasibətə səbəb olacaq heç bir hərəkətimiz olmamışdır. Bu problemin həlli istiqamətində tərəfimizdən yüksək səviyyədə danışıqlar aparılır. Odur ki, dəyərli müştərilərimizdən bu məsələdə səbirli və anlayışlı olmağı xahiş edirik!

Həmçinin bəyan etmək istəyirik ki, yuxarıda göstərilən səbəblərdən dolayı, ABŞ-da
yerləşən anbarın fəaliyyəti 15.12.2022-ci il tarixindən ən tezi 01.04.2023-cü il tarixinədək dayandırılır. Əlavə olaraq qeyd edək ki, biz ABŞ-dan daşımaları ilin müxtəlif aylarında Türk Hava Yolları vasitəsilə etsək də, ilin digər ayları Türk Hava Yolları təyyarələrinin yük həcminin az olduğu, daşımaların həyata keçirilməsinin mümkünsüz olduğu səbəbilə daşımalar zamanı “Silk Way” ilə əməkdaşlıq etməli olurduq.
Sizdən Mover tətbiqi və sayt vasitəsi ilə ABŞ anbarına sifarişləri dayandırmağınızı xahiş edir və bildirmək istəyirik ki, ABŞ anbarına 15.01.2023-ci il tarixindən sonra daxil olan bağlamalar üçün “Mover” MMC məsuliyyət daşımayacaqdır!
Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, siz müştərilərimiz qarşısında öhdəliklərimizi tam formada qəbul edirik və ən qısa zamanda Amerika anbarımızda olan bütün bağlamalar mümkün bütün variantlar ilə sizə çatdıracayıq.
Hazırda qeyd edilən hava yolları uçuş vaxtını 16 Dekabr tarixindən 19 Dekabr tarixinə dəyişib.
Ümid edirik ki, mümkün ən qısa zamanda yaranmış problemləri həll edə biləcəyik.
Anlayışınız üçün təşəkkür edirik!
Hörmətlə, “Mover” MMC

Hörmətli müştərilər! 📣Hazırda Amerika göndərişlərinin Hava Yolu tərəfindən verilən planlanmış uçuş tarixi 16.12.2022 ola...
13/12/2022

Hörmətli müştərilər! 📣

Hazırda Amerika göndərişlərinin Hava Yolu tərəfindən verilən planlanmış uçuş tarixi 16.12.2022 olaraq təyin edilmişdir.
19.12.2022 tarixində isə BCT (Baku Cargo Terminal)-a daxil olması gözlənilir.

Anlayışınız üçün təşəkkür edirik! ❤️

Hörmətli müştərilər! 📣Hazırda Amerikadan olan göndərişlərdə bizdən asılı olmayan səbəblərdən gecikmələr yaşanır. Gecikmə...
08/12/2022

Hörmətli müştərilər! 📣

Hazırda Amerikadan olan göndərişlərdə bizdən asılı olmayan səbəblərdən gecikmələr yaşanır. Gecikməyə səbəb Black Friday ilə əlaqəli Hava Yolu Nəqliyyatında daşınmalarda sıxlığın olmasıdır. Eyni zamanda onu da qeyd etmək istərdik ki, bu məsələ hazırda bütün yük daşımalarında eyni formadadır.
Hava Yolundan verilən məlumata əsasən həftə sonu göndəriş baş tutacaqdır.

Anlayışınız üçün təşəkkür edirik!

Address

65 Füzuli Küçəsi
Baku

Opening Hours

Monday 10:00 - 00:00
Tuesday 10:00 - 00:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 00:00
Friday 10:00 - 00:00
Saturday 10:00 - 00:00

Telephone

0123102676

Alerts

Be the first to know and let us send you an email when Mover.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mover.az:

Share

MOVER.AZ

Mover daim müştərilərini yüksək keyfiyyət və xidmətlə təmin etməyə çalışan yükdaşıma şirkətidir. Xaricdən verilən sifarişləri ən qısa müddətdə Azərbaycana çatdırmaq, sifarişçiyə məhsulu təhvil vermək Mover-in öhdəliklərinə daxildir.

İş mexanizmi xarici e-ticarət saytları üzərindən verilən sifarişləri xaricdəki ofislərinə qəbul etmək, Azərbaycana gətirmək və Azərbaycan ofislərində qəbul edərək müştəriyə çatdırmaqdan ibarətdir. Xaricdə verilən sifarişləri qəbul etmək üçün iki xarici ölkədə ofis mövcuddur. Həmin ölkələr Türkiyə və Amerikadır.

Şirkət yükün anbara daxil olmasından başlayaraq, son ünvana çatdırılana qədər trayektoriyası barədə müştərini onlayn və sms xidməti vasitəsilə məlumatlandırmağı da öz öhdəsinə götürür. İstəyə uyğun olaraq xaricdən gələn məhsulun Mover yerli kuryer xidməti vasitəsilə birbaşa qapıya çatdırılması da təklif olunan xidmətlər arasındadır.

Mover hər gün yenilənir, təkmilləşir və müştərilərinə daha yaxşı xidmət göstərmək üçün can atır. Bakıdan sonra Sumqayıt ofisinin də açılması həmin arzu və istəyin nəticəsidir. Bu arzu və istək hər keçən gün artır, genişləyir.