Unıon Logıstıca Beynəlxalq Yük Daşıma Şirkəti

Unıon Logıstıca Beynəlxalq Yük Daşıma Şirkəti .....

20/11/2021

Kitab oxumağın 10 faydası

1. Yaddaşı gücləndirir.
2. Danışıq qabiliyyətini inkişaf etdirir.
3. Yazı qabiliyyətini artırır.
4. Mənasız informasiya axınından zəkanı qoruyur.
5. Bilik əldə edirik.
6. Kitabla selfi çəkdirmək özünü ağıllı göstərməyin əsas atributudur.
7. Sakitlik və hüzur verir, stressi azaldır.
8. Yaradıcılıq qabiliyyətini inkişaf etdirir.
9. Nəşriyyatların yanında müəllifin üzünü ağardır.
10. Mənəviyyatı zənginləşdirir.

Belçika Hollandiya sərhədi.Daş yox divar yox...əsgər yox yoxlayan yox...Səhər get Belcikada çay kofe iç günorta gəl evin...
05/04/2021

Belçika Hollandiya sərhədi.

Daş yox divar yox...əsgər yox yoxlayan yox...Səhər get Belcikada çay kofe iç günorta gəl evinə...Əladı

"- Əgər onunçun darıxırsınızsa niyə zəng vurmursuz?- Qorxuram mənimlə danışmaq istəməsin.- Hardan bilirsiz?- Bilmirəm, s...
24/03/2021

"- Əgər onunçun darıxırsınızsa niyə zəng vurmursuz?
- Qorxuram mənimlə danışmaq istəməsin.
- Hardan bilirsiz?
- Bilmirəm, sadəcə qorxuram ki danışmasın.
- İnciməyin amma qorxmaq üçün çox qocasız.
- Bir çox şeylər üçün qoca olmaq olar amma qorxmaq üçün yox.
- Düzdür, mən həmişə zirzəmidən qorxardım. Ora qaranlıqdır, orda qəribə, qorxulu əşyalar var. Ora yaxınlaşa bilmirdim.
- Bütün zirzəmilər belədir.
- Sonra bir dəfə ürəklənib aşağı düşdüm. Ətrafa göz gəzdirəndən sonra başa düşdüm ki, qorxulu heç nə yoxdur. Sən demə içəri girəndə işığı yandırmaq lazım imiş.
- Nə demək istəyirsən?
- Demək istəyirəm ki, oğlunuza zəng vurmalısız.
- Bəs birdən mənimlə danışmasa necə?
- Ən azı bunu biləcəksiz, bununla da narahatlığınız və qorxunuz keçib gedəcək."

"Home alone / Evdə tək" filmində

İşığı yandırın......

Dünyanın ən böyük atnan olan heykəli. Çingiz xan
25/02/2021

Dünyanın ən böyük atnan olan heykəli. Çingiz xan

24/02/2021
Dünyanın ən balaca şəhəri - Hum. Xorvatiyada yerləriş. Şəhər əhalisinin sayı 28 nəfərdir..
09/02/2021

Dünyanın ən balaca şəhəri - Hum. Xorvatiyada yerləriş. Şəhər əhalisinin sayı 28 nəfərdir..

🇦🇿Bu gün Milli Qəhrəmanı, Mübariz İbrahimovun doğum günüdür. O, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kən...
07/02/2021

🇦🇿Bu gün Milli Qəhrəmanı, Mübariz İbrahimovun doğum günüdür. O, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

Bir padşah sarayında oturarkən bayırda səs-küy eşidir. Baxanda görür ki, bir yaşlı adam alma satır. Ətrafı müştərilərlə ...
06/02/2021

Bir padşah sarayında oturarkən bayırda səs-küy eşidir. Baxanda görür ki, bir yaşlı adam alma satır. Ətrafı müştərilərlə doludur. Padşah baş vəziri çağırıb deyir:

- Al bu 5 qızılı, get mənə alma al.

Baş vəzir vəzirlərdən birini çağırır:

- Bu 4 qızılı götür, get alma al.

Vəzir əyanlardan birini çağırır:

- Al bu 3 qızılı, get alma al.

Əyan mühafizə rəisini çağırır:

- Al bu 2 qızılı, get alma al.

Rəis mühafizəçini çağırır:

- Al bu 1 qızılı, get alma al.

Mühafizəçi alma satanın yaxasından tutub deyir:

- Ey, nə qışqırırsan? Bura bazardır, yoxsa saray? Buradan get, almalarını və arabanı müsadirə edirəm.

Mühafizəçi rəisinin yanına qayıdıb deyir:

- Budur 1 qızıla yarım araba alma aldım.

Rəis əyanın yanına gedir:

- Budur, 2 qızıla bir kisə alma.

Əyan vəzirin yanına gedir:

- Budur, 3 qızıla bir çanta alma.

Vəzir baş vəzirin yanına gedir:

- Budur, 4 qızıla yarım torba alma.

Baş vəzir padşahın hüzuruna çıxır:

- Şah sağ olsun, 5 qızıla beş alma aldım.

Padşah oturub düşünür: "Beş qızıla beş alma. Adamlar necə həvəslə alırdı. Doğrudan da, camaatın vəziyyəti çox yaxşıdır. O alma ağacını su ilə böyüdürlər. Demək, suyun qiymətini dərhal iki dəfə artırmalıyıq!

 : 1897. İngiltərə millisinin qapıçısı - Uilyam Fulk. Yığmada bir oyun keçirib (Uelsə qarşı).
27/01/2021

: 1897. İngiltərə millisinin qapıçısı - Uilyam Fulk. Yığmada bir oyun keçirib (Uelsə qarşı).

Qax rayonu Sarıbaş kəndi. Kənd Azərbaycanın ən ucqar kəndləri sırasındadır. İlk 5-likdə. Kənddə əvvəllər yaşayış çox olu...
05/01/2021

Qax rayonu Sarıbaş kəndi. Kənd Azərbaycanın ən ucqar kəndləri sırasındadır. İlk 5-likdə. Kənddə əvvəllər yaşayış çox olub, sonradan isə əhali köçməyə başlayıb. Çünki kənd ucqar ərazidə olduğu üçün, sellər, daşqınlar asvalt yol çəkilməsinə mane olur. Kəndin əsas təsəfərrüfatı maldarlıq olduğu üçün heykəl Çoban heykəlidir.

Qazaxıstanda Dünyanın ən böyük canavar heykəli hazırlanıb. Heykəl metal və plastikdən hazırlanıb. Hündürlüyü postamentlə...
16/12/2020

Qazaxıstanda Dünyanın ən böyük canavar heykəli hazırlanıb. Heykəl metal və plastikdən hazırlanıb. Hündürlüyü postamentlə birlikdə 9,7 metrdir. Qurd fiqurunun özünün ölçüsü 6 metrdir. Heykəlin çəkisi təxminən 5 tondur. Heykəl Amantay Medigaliev tərəfindən hazırlanıb və o, Guinness kitabına düşmək üçün müvafiq sənədlərin toplandığını bildirib. Heykəlin tam hazırlanması tezliklə başa çatacaq və açılışı isə 2021-ci ilin əvvəllərinə planlanıb.

05/12/2020

"Yalan danışanlar, doğru danışanlara inanmazlar"

Konfutsi

Address

Mərdanov Qardaşları
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+994102256514

Website

Alerts

Be the first to know and let us send you an email when Unıon Logıstıca Beynəlxalq Yük Daşıma Şirkəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share