21/07/2023
Biz "ENQO logistics" şirkəti ölkə daxili yüklərin daşınması ilə yanaşı, ölkəmizin xaricindədə daşımacılıq fəaliyyətin həyata keçiririk. Fəaliyyət istiqamətlərimiz dəniz yolu, hava yolu, dəmir yolu və quru yolu daşımacılığından ibarətdir. Hal-hazırda quru daşımacılığında tranzit yollar üçün nəzərdə tutulmuş yük maşınları ilə fəaliyyət göstəririk. Biz, hər zaman öz sahəsində peşəkar olan əməkdaşlar və şirkətlər ilə fəaliyyətimizi davam etdiririk. Şirkətimiz logistika sahəsində zərüri olan lisenziyalara malikdir. Bizim ilə bir fəaliyyət göstərən öz sahəsində mütəxəssis olan gömrük brokerlərimiz müştərilərimizə məxsus yüklərin etibarlı şəkildə və qısa zamanda rəsmiləşdirilməsinə böyük dəstək olurlar. Bu gün şirkətimizin Türkiyə Cümhuriyyətində müştərilərin quru yüklərinin etibarlı şəkildə yüklənməsi və yola salınması üçün terminalımız mövcuddur. Quru yüklərimizin daşınması üçün Rusiya, Türkiyə, İran və Orta Asiya dövlətlərində olan logistika şirkətləri ilə qarşılıqlı fəaliyyət göstəririk. Bu ölkələrdən başqa bizim Avropa və Uzaq Şərq ölkələrinə də daşımalarımız mövcuddur. Avropa və Uzaq Şərq ölkələrinə hava daşımacılığımız vasitəsi ilə həftənin müəyyən günləri 110 və 125 tona qədər yüklərinizin etibarlı şəkildə daşınmasını həyata keçirə bilərik. Avropanın öndə gələn logistika şirkətləri ilə olan əməkdaşlığımıza əsaslanaraq deyə bilərəm ki, istənilən hava limanına istədiyiniz zaman yükünüzü etibarlı şəkildə çatdıra bilərik. Çinin Honkong və Şanxay hava limanlarından yüklərinizin daşınmasını təşkil edə bilərik.
►
Əlaqə üçün:
📞 +994 51 215 19 19
📞 +994 51 215 19 99
📞 +994 77 314 05 05
📨 [email protected]
►