Bagenger

Bagenger Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bagenger, Cargo and freight company, Baku.

Məqsədimiz Azərbaycandan istənilən ölkəyə gedəcək sənəd, məktub və bağlamaların sərnişinlər tərəfindən daşınması üçün sifarişçilərlə daşıyıcılar arasında platforma yaratmaqdır.

19/08/2021
AZAL iyundan etibarən Bakı-Bodrum-Bakı uçuşlarını həyata keçirəcək.Turizmplus.az xəbər verir ki, ilk uçuş iyun ayının 25...
01/03/2021

AZAL iyundan etibarən Bakı-Bodrum-Bakı uçuşlarını həyata keçirəcək.

Turizmplus.az xəbər verir ki, ilk uçuş iyun ayının 25-i baş tutacaq. Artıq GDS sistemlərində aviabiletlərin satışı başlanıb.
turizmplus.az

09/01/2021

Sual: Konsulluqdan şəxsiyyət vəsiqəsi və ya vaxtı keşmış şəxsiyyət vəsiqəsi əsasında pasport almaq olarmı?
Cavab: Konsulluq şəxsiyyət vsiqəsi verə bilməz. Bu onun səlahiyyətinə aid deyil. Pasportlar haqqında qanunun tətbiqi haqqında Əsasnaməyə görə Konsulluq umumvətəndaş pasportunu :
1) vətəndaşın şəxsiyyət vəsiqəsi;
2) 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi; 3) və ya fərdi identifikasiya nömrəsi və ya kartı əsasında verir.
Şəxsiyyət vəsiqəsinin müddəti keçibsə, o sənəd hesab olunmur və onun əsasında pasport verilə bilməz.

Əslində, belə halda konsul, fərdi identifikasiya nömrəsi əsasında pasport verə bilər. Çünki fərdi identifikasiya nömrəsi ömürlük verilir, dəyişdirilmir, həmin nömrəni bazaya əlavə etməklə pasportu sənədləşdirmək mümkündür.

P.S. Bu məsələ ilə bağlı bağlı qanunda dəyişiklik gözlənilir.

23/12/2020

Xaricdə doğulan uşaqlara pasport almaq qaydası

Valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan uşaq xaricdə doğulduğu halda valideynlər Azərbaycan səfirliyinə müraciət edib doğum haqqında şəhadətnamə ala bilər. Lakin xaricdə yaşayanların əksəriyyəti səfirlikdən deyil, doğulduğu ölkənin müvafiq orqanlarından doğum haqqında şəhadətnamə alırlar. Doğulduğu ölkənin qeydiyyat idarələri tərəfindən uşağa doğum haqqında şəhadətnamə verildiyi təqdirdə, həmin uşağa Azərbaycan konsulluqları tərəfindən təkrar doğum haqqında şəhadətnamə verilə bilməz. Doğum haqqında şəhadətnamə şəxsə bir dəfə verilir. Doğum haqqında şəhadətnamə əksər ölkələrdə o cümlədən Azərbaycanda vətəndaşlığı təsdiq edən sənəd deyil.
Xaricdə vətəndaşlığı təsdiq edən sənəd pasport hesab edilir. Ona görə də xaricdə uşaqları doğulan valideyinlər səfirliyə müraciət etməklə uşaqlarına Azərbaycan pasportu almalıdırlar.

Bu halda uşağa pasport almaq üçün səfirliyin konsulluq bölməsinə müraciət etmək lazımdır. Uşağa Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün valideynlər aşağıdakı sənədlərı şəxsən Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir:
1) Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket https://hague.mfa.gov.az/files/18%20yashi%20tamam%20olmamish%20pasport%20erize%20formasi.pdf buradan nümünəni tapıb doldura bilərsiniz) ; (15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır);

2) 25 dollar məbləğində dövlət rüsumu ( Aİ ölkələrində hazırda 24 Avro) ödənilir.
Dövlət rüsumunun Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz sənədlərə əlavə olunmalıdır;

3) Uşağın qan qrupu haqqında tibbi arayış ;
Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin razılıq ərizəsi (əgər valideyn azyaşlıya yeni pasport rəsmiləşdirilməsi üçün Səfirliyin Konsulluq bölməsinə şəxsən gələ bilmirsə, o halda razılıq ərizəsi notarial qaydada təsdiq olunmalıdır). Razılıq Ərizəsinin nümünəsinə aşağıda baxa bilərsiniz.

4) Uşağa xaricdə verilən doğum haqqında şəhadətnamənin əsli;
Həmin şəhadətnamə mütləq Səfirliyin Konsulluq bölməsi tərəfindən leqallaşdırılmalıdır. Leqallaşdırma üçün doğum haqqında şəhadətnamənin əsli ilk növbədə onu rəsmiləşdirən və ya verən dövlət qurumu və ya ona nəzarət edən qrum tərəfindən xaricdə tanınması üçün təsdiqlənməlidir (imza təsdiqi). Yalnız bundan sonra Azərbaycan səfirliyi həmin sənədi leqallaşdıra bilər. Leqallaşdırma üçün 19 avro və ya dollar məbləğində dövlət Səfirliyin Konsulluq bölməsinin bank hesabına köçürülməlidir.
5) Doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə təsdiq olunmuş tərcüməsi;
Doğum haqqında şəhadətnamə andlı tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə edilməlidir. Tərcümənin düzgünlüyü Səfirliyin Konsulluq bölməsi tərəfindən təsdiq olunmalıdır. Bunun üçün 9 avro dövlət rüsumunun (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) ödənilməsinə dair qəbz Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir.
6) Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli və surəti;
7) Valideynlərin nikah haqqında şəhadətnaməsinin əsli və surəti;
8) Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (Bakı şəhəri, Rəşid Behbudiv küç. 130) kassasında aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir. (Nəzərə alınmalıdır ki, qeyd edilən dövlət rüsumunun ASAN Xidmətdə ödənilməsi qəbul edilmir).
Qeyd edilən dövlət rüsumunun hökumət ödəniş portalı (https://e-payment.mia.gov.az) vasitəsilə (qeyd edilən portalda ödənişi yalnız şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür) də ödənilməsi mümkündür.
Ödənişin məbləğı yaş qrupuna uyğun olaraq aşağıdakı məbləğdə olmalıdır:
-bir yaşınadək uşaqlar üçün - 10 manat;
-bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat;
-üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat .
QEYD Ümumvətəndaş pasportu:
- 1 yaşınadək uşaqlar üçün bir illik müddətə,
-1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə;
-3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə;
-18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür. Uşağa ümumvətəndaş pasportlarının verilməsi zamanı fotoşəkil xüsusi avadanlıq vasitəsilə konsulluqda çəkilir.

Razılıq Ərizəsinin nümunəsi

Azərbaycan Respublikasının Almaniya Federatif Respublikasındakı Səfirliyinə

Almaniya Federatif Respublikasında yaşayan (dəqiq ünvanı yazmaq) Kərimov Kərim Kərim oğlu tərəfindən
ƏRİZƏ
Mən, Kərimov Kərim Kərim oğlu ( pasport nömrəsini yazmaq, məsələn pasport № P 11123456), 01.01.1992-ci ildə andan olmuş qızım Kərimova Lalə Kərim qızının (və ya oğlum Kərimov Kərəm Kərim oğlunun) Azərbaycan Respublikasının ümumvətəndaş pasportu ilə təmin edilməsinə etiraz etmirəm və Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarından onun adına pasport rəsmiləşdirilməsini xahiş edirəm.

Tarix: 01.01.2021
İmza:

20/12/2020

Buta Airways üçün yeni qaydalar:
10 mart və 24 Oktyabr 2020-ci il tarixləri arasında yerine yetiriləcək uçuşlara rəsmilədirilən aviabiletlər üçün avaişirkət 3 təklif irəli sürür:

1. Tarix dəyişimi. Biletlərin tarixlərini aşağıdakı qaydada dəyişə bilərsiz.
- Aviabiletin ilkin uçuş tarixindən 12 ay ərzində dəyişə bilərsiz
- Yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 12 aydan gec olmamalıdır.
-Hər bir aviabilet cərimə tətbiq olunmadan 1 dəfə dəyişilə bilər.
Satış bağlı olduğu üçün dəyişiklik hal hazırda mümkün deyil. Saytımızı izləyin satış və cədvəl açıldğı zaman müraciət edə bilərsiz.
Müraciət bilet alışı zamanı istifadə edilən emaildən olmalıdır.

2. Vauçer. Alternativ olaraq, aviabiletin dəyəri əvəzinə Sizə həmin aviabiletin ilkin uçuş tarixindən etibarən 2 il ərzində istifadə edə biləcəyiniz (biletin uçuş tarixindən 2 il müddətində olan uçuşlar üçün istifadə edilməlidir) vauçerin təqdim ed ilməsini təklif edirik. Vauçerin məbləği biletinizdə olan məbləğlə eyni olacaqdır. Vauçer "AZAL" və "Buta Airways" aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Həmin kodu aviaşirkətin rəsmi satış kassalarında və agentliklərində aviabilet aldığınız zaman təqdim edə bilərsiniz.
-Vauçerin qiyməti biletin qiyməti ilə eyni olur
-Əgər bilet seçimi etdiyiniz zaman qiymət vauçerdə olan qiymətdən yüksək olarsa o zaman əlavə ödəniş edərək bileti ala bilərsiz.
-Vauçer biletdə adı-soyadı qeyd olunan sərnişin istifadə edə bilər
-Vauçer və vauçerlə alınan biletlər qaytarıla bilməz (yalnız istifadə edilməlidir)

3. Qaytarılma. Yuxarıda qeyd olunan şərtləri qəbul etmədiyi təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini ardıcıllıqla geri qaytarmağa hazırdır. Əgər biletin qaytarılmasını istəyirsinizsə, uçuşlar bərpa olunandan 60 gün sonra müraciət etməyiniz xahiş olunur.
Bütün müraciətlər bilet alışı zamanı istifadə olunan emaildən göndərilməlidir.Buta Airways üçün yeni qaydalar:
10 mart və 24 Oktyabr 2020-ci il tarixləri arasında yerine yetiriləcək uçuşlara rəsmilədirilən aviabiletlər üçün avaişirkət 3 təklif irəli sürür:

1. Tarix dəyişimi. Biletlərin tarixlərini aşağıdakı qaydada dəyişə bilərsiz.
- Aviabiletin ilkin uçuş tarixindən 12 ay ərzində dəyişə bilərsiz
- Yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 12 aydan gec olmamalıdır.
-Hər bir aviabilet cərimə tətbiq olunmadan 1 dəfə dəyişilə bilər.
Satış bağlı olduğu üçün dəyişiklik hal hazırda mümkün deyil. Saytımızı izləyin satış və cədvəl açıldğı zaman müraciət edə bilərsiz.
Müraciət bilet alışı zamanı istifadə edilən emaildən olmalıdır.

2. Vauçer. Alternativ olaraq, aviabiletin dəyəri əvəzinə Sizə həmin aviabiletin ilkin uçuş tarixindən etibarən 2 il ərzində istifadə edə biləcəyiniz (biletin uçuş tarixindən 2 il müddətində olan uçuşlar üçün istifadə edilməlidir) vauçerin təqdim ed ilməsini təklif edirik. Vauçerin məbləği biletinizdə olan məbləğlə eyni olacaqdır. Vauçer "AZAL" və "Buta Airways" aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Həmin kodu aviaşirkətin rəsmi satış kassalarında və agentliklərində aviabilet aldığınız zaman təqdim edə bilərsiniz.
-Vauçerin qiyməti biletin qiyməti ilə eyni olur
-Əgər bilet seçimi etdiyiniz zaman qiymət vauçerdə olan qiymətdən yüksək olarsa o zaman əlavə ödəniş edərək bileti ala bilərsiz.
-Vauçer biletdə adı-soyadı qeyd olunan sərnişin istifadə edə bilər
-Vauçer və vauçerlə alınan biletlər qaytarıla bilməz (yalnız istifadə edilməlidir)

3. Qaytarılma. Yuxarıda qeyd olunan şərtləri qəbul etmədiyi təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini ardıcıllıqla geri qaytarmağa hazırdır. Əgər biletin qaytarılmasını istəyirsinizsə, uçuşlar bərpa olunandan 60 gün sonra müraciət etməyiniz xahiş olunur.
Bütün müraciətlər bilet alışı zamanı istifadə olunan emaildən göndərilməlidir.

17/12/2020

Avropada qapanma və yumşalmalarda vəziyyət necədir;

🇩🇪 Almaniya:16 dekabr-10 yanvar tam qapanma; Təkcə market və aptek işləyəcək.

🇳🇱 Hollandiya: 15 dekabr-19 yanvar sərt qapanma; Market, aptek və hotellər işləyəcək, dərslər distant şəkildə.

🇬🇧 İngiltərə: Londonda 16 dekabrdan maksimal özünütəcrid.

🇬🇷 Yunanıstan: 7 yanvaradək tam qapanma, təkcə market/aptek işləyəcək + komendant saatı

🇦🇹 Avstriya: 7 dekabrdan mağaza, kişi/qadın salonları açılmaqla yumşalmalara gedildi, 7 yanvardan hotel və restoranlar açılır.

🇫🇷 Fransa: 15 dekabrda yumşalmaların II mərhələsi; Karantin komendant saatı ilə əvəzlənir, restoranlar yanvarın ortasına kimi bağlıdır.

🇮🇹 İtaliya: Tam qapanma 24-27 dekabr, 31 dekabr-3 yanvar və 5-6 yanvarda olacaq. Qalan günlərdə komendant saatı.

🔰

03/12/2020

Sizə qarşı dələduzkuq edilibsə Milli Dələduzlar qrupunda ifşa edə bilərsiniz. Tək zərərçəkən Siz olmayın.

"AZAL-Miles" proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddəti yenidən uzadılır.Ballarının etibarlılıq mü...
02/12/2020

"AZAL-Miles" proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddəti yenidən uzadılır.

Ballarının etibarlılıq müddəti bu il bitməli olan proqram iştirakçıları 2021-ci ilin dekabrın 31-dək ballardan istifadə edə biləcəklər. Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də Gold və Platinum elit səviyyələrinin status ballarına şamil olunur.

Müvafiq bildiriş bütün proqram iştirakçılarına fərdi olaraq elektron poçt vasitəsilə göndəriləcəkdir.

✈️

Azerbaijan Airlines to extend bonus points expiration date for AZAL-Miles members.

Participants of the program, whose points should have expired this year, will be able to use them until December 31, 2021. This rule applies to both travel points that are exchanged for airline tickets and status points of elite Gold and Platinum levels.

Belavia şirkəti dekabr 4-dən etibarən Bakı-Minsk uçuşlarına başlayır.Qiymətlər isə ortalama tək tərəf üçün 250$ civarınd...
27/11/2020

Belavia şirkəti dekabr 4-dən etibarən Bakı-Minsk uçuşlarına başlayır.

Qiymətlər isə ortalama tək tərəf üçün 250$ civarındadır.

Xoş gəldin,  ! Sən azadsan 🇦🇿
24/11/2020

Xoş gəldin, ! Sən azadsan 🇦🇿

Bakı şəhərinin təyyarədən möhtəşəm görüntüsü.⠀🇦🇿⠀Stunning view of Baku from airplane window.⠀📸: Tofig Rashidov
24/11/2020

Bakı şəhərinin təyyarədən möhtəşəm görüntüsü.

🇦🇿

Stunning view of Baku from airplane window.

📸: Tofig Rashidov

23/11/2020

Diqqət!!! Diqqət!!! ‼️

1. Ciddi şikayətləriniz-boğulma, təngnəfəslik, hərarətin 38,5-dən yuxarı olması, biruzə verilmiş halsızlıq, iştahsızlıq yoxdursa, DQO-nun KT müayinəsində ağciyərlərdə buzlu şüşə görüntüsü 15%-dən çox deyilsə və şikayətləriniz proqressivləşmirsə(artmırsa) ANTİBİOTİK QƏBUL ETMƏYİN, SİSTEM QOŞDURMAYIN!
2. Antibiotiklər virusa heç bir təsir etmir, antibiotiklər o zaman istifadə edilməlidir ki, prosesə bakteriyalar qoşulur, onun da əsas əlamətləri yuxarıda 1-ci punktda saydıqlarımızdır!
3. Lazımsız antibiotik istifadəsi əksinə orqanizmi zəiflədir, xəstəliyi ağırlaşdırır!
4. Lazım oldu-olmadı apteklərdən antibiotikləri, sistemləri və digər dərman preparatlarını alıb evə doldurmayın! Bu dərmanlara həqiqi ehtiyacı olan çox insanlar var ki, dərman tapa bilmirlər!
5. Ağır və dərman preparatlarına çox ehtiyacı olan insanları düşünək lütfən, onların ehtiyacı çoxdur!
6. Apteklərdən xahiş edirəm süni qiymət artımı etməsinlər! Belə ağır məqamda xeyir güdmək olmaz!
7. Yalnız tibbi maskalardan istifadə edin! Onların burun hissəsindəki metalı əyərək burunun formasına uyğunlaşdırmaq olur ki, bu da burun-yanaq üçbucağından açıq havanın daxil olmasının qarşısını alır. Dekorativ və digər maskalardan istifadə etməyin! Onların burun hissəsində bu metallik komponent yoxdur!‼️
Aliyev Aydin

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Bagenger posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bagenger:

Share