AVT Logistics LLC

AVT Logistics LLC AVT Logistika Veysəloğlu Şirkətlər Qrupuna daxil olub hal-hazırda Azərbaycanın ən böyük logistika şirkətidir.

17/03/2023

İnsan Resursları komandası olaraq ərsəyə gətirdiyimiz Fəhlədən İnkişaf Layihəsi Veysəloğlu Şirkətlər Qrupu - daxilində İlin Layihəsi nominasiyası üzrə qalib gəldi.
Bütün AVT Logistics LLC əməkdaşlarını bu uğurumuz münasibəti ilə təbrik edir və davamını diləyirik.

Əziz həmvətənlər, qardaş Türkiyənin Kahramanmaraş və digər şəhərlərində baş verən zəlzələdən əziyyət çəkənlərə dəstək ol...
08/02/2023

Əziz həmvətənlər, qardaş Türkiyənin Kahramanmaraş və digər şəhərlərində baş verən zəlzələdən əziyyət çəkənlərə dəstək olmağımız vacibdir.
Veysəloğlu Şirkətlər Qrupunun Keşlədəki anbarına dəstək üçün əşyalar qəbul edilir.
Lazım olan məhsulları qutuda və ya paketdə səliqəli şəkildə qoymaqla, üzərində əşya barədə qısa məlumat (məsələn, palto,12 yaş, qız) yazmaqla anbara təhvil vermək kifayətdir.
Yardımların qəbuluna artıq başlanılıb. Bu gecə və sabah səhər toplanan yardımlar sabah günorta saatlarında göndəriləcək.
Çətin gündə hər birimiz qardaş ölkənin yanında olaq! 🇹🇷🇦🇿
Anbarın ünvanı: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci eninə 2 (Ulduz Şokolad Fabriki).
Qəbul olunan məhsulların siyahısı:
- Qış geyimləri
- Ayaqqabı
- Qida
- Çadır
- Yorğan-döşək
- Termos
- Əl fənəri
- Generator
- Poverbank
- Təmizlik ləvazimatları


AVT Logistics LLC
Veyseloglu Group of Companies

Qardaş Türkiyədə baş verən güclü zəlzələ xəbəri bizləri çox kədərləndirdi. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaxınl...
06/02/2023

Qardaş Türkiyədə baş verən güclü zəlzələ xəbəri bizləri çox kədərləndirdi. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaxınlarına səbr, xəsarət alanlara isə şəfalar diləyirik.



44 günlük Vətən müharibəsinin başlandığı şanlı tarix 27.09.2020Bu gün "AVT Logistics" MMC kollektivi, saat 12:00-da ölkə...
27/09/2022

44 günlük Vətən müharibəsinin başlandığı şanlı tarix 27.09.2020

Bu gün "AVT Logistics" MMC kollektivi, saat 12:00-da ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçərək tarix yazan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik!


Veyseloglu Group of Companies
AVT Logistics LLC

Address

Baku, Absheron, Mehemmedi
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when AVT Logistics LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AVT Logistics LLC:

Share