IST

IST GÜVƏN ZONASI Qayəmiz – gördüyümüz hər bir işdə müştərilərimizin istəklərini nəzərə alaraq, onların məmnuniyyətini qazanmaqdır.

BİZİM DƏYƏRLƏRİMİZ

Dürüstlük və Bütünlük - Biz, bir-birimiz, müştərilərimiz, təchizatçılarımız və ictimaiyyətimiIndustrial Support and Training Services (IST Services) Əlavə Təhsil Mərkəzi bir qrup peşəkar mühəndislər, təhlükəsizlik üzrə mütəxəssislər və insan resursları menecerləri tərəfindən yaradılmış təşkilatdır. Bizim məqsədimiz neft-qaz və digər sənaye müəssisələri əməkdaşlarına yüksək səvi

yyəli, peşəkar təlimlərin həyata keçirilməsini təmin etməkdir.

İST Services ümumi SƏTƏM, yükqaldırma, transport və logistika, xilasetmə, dənizdə sağqalma, müxtəlif peşə təlimləri, mühəndislik, qida təhlükəsizliyi və s təlimlər həyata keçirir. Bunun üçün müştərilərimizi dinləyir, cavablandırır və onların gözləntilərindən artığını etməyə çalışırıq. Mərkəzimizin yüksək xidmət səviyyəsi müştərilərimiz üçün yaratdığımız həllərin keyfiyyətində, məhsul və xidmətlərimizdən əldə etdiyimiz dəyərdə öz əksini tapmaqdadır. Xidmətimizi ən yüksək standartlara uyğun yerinə yetirir, gördüyümüz işi bütün aspektlərdən davamlı inkişaf etdirmək üçün daim yollar axtarırırq.zlə əlaqələrimizdə ən yüksək dürüstlük və bütünlük səviyyəsini tətbiq edirik. Etik olmayan davranışlardan və ya saxta təcrübələrdən qaçınırıq. Biz ədalətli və şəffaf qərarlar qəbul edirik və onları açıq şəkildə izah edirik. Müştəri yönümlülük - Müştərilərimiz etdiyimiz hər işin mərkəzindədirlər.Biz işimizi müştərilərimizin istəklərini nəzərə alaraq edirik. Biz etdiyimiz hər bir işdə mükəmməllik üçün çalışırıq və müştərilərimizə də eyni qaydada çatdırırıq. Müştərilərimizin etibarını qorumaq üçün şəxsi məsuliyyətimizi paylaşırıq. Müştərilərimizi dinləyir və cavab veririk və onların gözləntilərindən artığını etməyə çalışırıq. Məsuliyyətlilik - Müştərilərə xidmət etmək və onların ehtiyaclarını ödəmək hər kəsin məsuliyyətidir. Müştərilərlə xidmətdə çalışan işçilərimizin təşəbbüskarlığına heç bir məhdudiyyət qoymuruq. Müştərilərimizə, insanlarımıza və cəmiyyətimizə qarşı məsuliyyət daşıyırıq. Biz fərdi əməkdaşlıqları qeyd etməli və tanıtmalıyıq. Eyni zamanda biz, səhvlərimizi qəbul edib onları düzəldərək bundan bir nəticə çıxarmalıyıq. Keyfiyyət və Mükəmməllik - Biz gördüyümüz bütün işlərdə keyfiyyəti çatdırmaq və mükəmməlliyə nail olmaq üçün qərarlıyıq. Bizim mükəmməlliyimiz, özümüzü fərdi və bir şirkət olaraq necə aparmağımızla əks olunur. Həmçinin müştərilərimiz üçün yaratdığımız həllərin keyfiyyəti və məhsul və xidmətlərimizdən əldə etdiyimiz dəyər ilə əks olunur. Özümüzü ən yüksək standartlara uyğun tutur və işimizin bütün sahələrini davamlı inkişaf etdirmək üçün yollar tapırıq. Biz işçilərin və komandaların təhsilini, təlimini və inkişafını əsas tuturuq. Biz hər bir iş üçün ən yaxşı namizədi tapmağa və işə götürməyə çalışırıq. Fəxr və Hörmət - Biz bütün insanlara bərabər şəkildə ləyaqətlə, hörmətlə və ədalətlə yanaşırıq. Etdiyimiz hər bir iş ilə qürur duyuruq. Özümüzə və başqalarına qarşı göstərdiyimiz hörmətdən gələn qürurla irəliləyirik. Biz ətraf mühitə hörmətlə yanaşırıq və əməliyyatlarımızın ətraf mühitə təsirini minimuma endirmək üçün siyasət və praktikaları qəbul edir və ona uyğun olan davranışları nümayiş etdiririk. Təhlükəsizlik və Sosial Məsuliyyət - Biz etdiyimiz hər bir işdə təhlükəsiz düşüncə və sosial məsuliyyəti nəzərimizdə saxlayırıq. Özlərini insanların, əmlakın və ətraf mühitin zərərdən qorunmasına həsr etmiş və bizə güvənən cəmiyyətlə fəaliyyət göstəririk.

11/08/2026

Peşəkar təlimçimiz Rəşid Ramazanovun təqdimatında keçirilən “Hündürlükdə işlərin təhlükəsiz görülməsi” təlimindən vacib məqamları əks etdirən videonu diqqətinizə çatdırırıq.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

📲 055 512 22 52
📲 077 218 08 00
📲 051 205 82 17
📍Bakı şəh., Neftçilər pr.103
📩[email protected]

̇ş

28 iyul tarixində “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC (IST) ilə Marsol Group arasında əm...
28/07/2026

28 iyul tarixində “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC (IST) ilə Marsol Group arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC-nin baş direktoru İbrahim Zeynallı və “MARSOL GROUP”-un direktoru Bilal Qasımlı imzalayıblar.

Memorandumun məqsədi “MARSOL” partnyorları arasında sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) sahəsində məlumatlılığın artırılması, hüquqi və əməliyyat risklərinin erkən müəyyən edilməsi, təkmilləşdirmə istiqamətlərinin təqdim olunması və təhlükəsizlik mədəniyyətinin təşviqinə dəstək göstərməkdir. Əməkdaşlıq çərçivəsində maarifləndirici və məsləhət xarakterli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

21/07/2026

Sənayedə keyfiyyətli və təhlükəsiz işə həm nəzəri, həm də praktiki cəhətdən hazır olmaq peşəkarlığın əsasıdır!

Texniki vərdişlərin düzgün mənimsənilməsi məqsədilə keçirdiyimiz qaynaqçı təlimimizdən qısa bir kadrı sizinlə bölüşürük. 👨‍🏭

16/07/2026

Fövqəladə hallara həm nəzəri, həm də praktiki cəhətdən hazır olmaq həyat xilas edir!

Təhlükəsizlik qaydalarının düzgün mənimsənilməsi məqsədilə keçirdiyimiz yanğından mühafizə təlimimizdən qısa bir kadrı sizinlə bölüşürük. 🧯

⁠ ⁠ ⁠

Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim olunan Beynəlxalq Dəniz Təşkilatının DHDNÇ (STCW) konvensiyasının tələ...
13/07/2026

Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim olunan Beynəlxalq Dəniz Təşkilatının DHDNÇ (STCW) konvensiyasının tələblərinə tam uyğunluğumuzu təsdiq edən yeni şəhadətnaməmizi sizinlə bölüşməkdən qürur duyuruq!

“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC (IST) və PMO.az-ın rəhbərliyi və əməkdaşlarının işti...
08/07/2026

“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC (IST) və PMO.az-ın rəhbərliyi və əməkdaşlarının iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.

Əməkdaşlıq çərçivəsində peşəkar təlim proqramlarının təşkili, layihələrin hazırlanması və idarə olunması, korporativ inkişaf həllərinin təqdim edilməsi, eləcə də yerli və beynəlxalq layihələrin planlaşdırılması və icrası istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

Beynəlxalq SƏTƏMM mütəxəssisi Mir Ramin Yunusov Peşəkar SƏTƏMM kursunda “Fövqəladə halların idarə edilməsi və mülki müda...
03/07/2026

Beynəlxalq SƏTƏMM mütəxəssisi Mir Ramin Yunusov Peşəkar SƏTƏMM kursunda “Fövqəladə halların idarə edilməsi və mülki müdafiə” üzrə zəngin beynəlxalq təcrübəsini iştirakçılarla bölüşəcək. Peşəkar təlimçimizi yaxından tanıyın!

🔹 Mir Ramin Yunusov hazırda müvafiq dövlət qurumunda fövqəladə hallar üzrə məsul vəzifədə çalışır. İndiyə kimi, fövqəladə halların idarə olunması və mülki müdafiə işinin təşkili iş karyerasının əsas hissəsi olmuşdur. Eyni zamanda o, Bakı Mühəndislik Universitetinin Ümumi fənlər kafedrasının müəllimi kimi bu və digər ali təhsil müəssisələrində “Mülki müdafiə” və “Əməyin mühafizəsi” fənlərini tədris edir.

🔹 Peşəkar fəaliyyəti ərzində o, Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi, INSARAG Usar Coordination Course (Türkiyə), JICA “Disaster Risk Reduction” (Yaponiya), “Training of Trainers” (Finlandiya, Gürcüstan) və Kimyəvi silahlardan mühafizə (OPCW, Belarus) kimi bir çox nüfuzlu beynəlxalq və yerli təlimləri uğurla tamamlamışdır. 2023-cü ildə Gürcüstan Respublikasında “Prevention Preparedness and Response to natural and man-made Disasters (PPRD East3)” proqramı çərçivəsində “Meşə yanğınları zamanı operativ reaksiya” mövzusunda təşkil olunan sahə təlimində “qiymətləndirici (evaluator)” və 2025-ci ildə Bolqarıstan Respublikasında təşkil olunan “20-ci NATO EADRCC Fövqəladə Halların İdarə Edilməsi - BULGARIA 2025” sahə təlimində “koordinasiya üzrə məsul şəxs” qismində iştirak etmişdir.

🔹 Mir Ramin Yunusov nüfuzlu beynəlxalq xülasələndirmə bazalarına daxil olan “Mülki müdafiə” və “Civil Defense” dərs vəsaitlərinin, həmçinin 4-ü xarici elmi jurnallarda dərc olunmaqla, ümumilikdə 14 elmi məqalənin müəllifidir.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

📲 +994 55 512 22 52
📲 +994 50 277 77 85
📲 +994 77 218 08 00
📍Bakı şəh., Neftçilər pr.103
📩[email protected]

SƏTƏMM beynəlxalqsertifikat

3 iyul — Beynəlxalq Polietilen Paketsiz Gün münasibətilə hər birimizi vərdişlərimizi nəzərdən keçirməyə və birdəfəlik pl...
03/07/2026

3 iyul — Beynəlxalq Polietilen Paketsiz Gün münasibətilə hər birimizi vərdişlərimizi nəzərdən keçirməyə və birdəfəlik plastik paketlərdən imtina edərək təkrar istifadə olunan alternativlərə üstünlük verməyə çağırırıq. Kiçik dəyişikliklər, kollektiv şəkildə tətbiq edildikdə, ətraf mühitimizin qorunmasına əhəmiyyətli töhfə verə bilər. 🌍♻️

30/06/2026

Kritik anlarda düzgün və vaxtında göstərilən ilkin yardım həyat xilas edir. Peşəkar təlimçilərimiz tərəfindən həyata keçirilən praktiki “İlk Yardım” təlimimizdən qısa kadrı sizə təqdim edirik.

Komandanızın hər cür fövqəladə vəziyyətə tam hazır olması üçün təlimlərimizə qeydiyyatdan keçin!

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

📲 +994 55 512 22 52
📲 +994 50 277 77 85
📍Bakı şəh., Neftçilər pr.103
📩[email protected]

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə müzəffər ordumuzu və bütün xalqımızı səmimi qəl...
26/06/2026

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə müzəffər ordumuzu və bütün xalqımızı səmimi qəlbdən təbrik edirik.

Vətənimizin keşiyində mərdliklə dayanan hər bir hərbçimizə möhkəm cansağlığı, şərəfli xidmətlərində sarsılmaz iradə və davamlı uğurlar arzulayırıq.

Address

Səbail Ray. , Neftçilər Pr. 103
Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124888808

Alerts

Be the first to know and let us send you an email when IST posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IST:

Shortcuts

Share