30/09/2025
AGTL və ISO Logistics MMC əməkdaşlığı müzakirə olunub
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) ilə “ISO Logistics” MMC nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Toplantıda ISO Logistics-in Assosiasiyaya üzvlük müraciəti dəyərləndirilib, beynəlxalq yükdaşımaların inkişaf perspektivləri, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb.
“ISO Logistics” MMC olaraq hazırda Almaniya, Türkiyə, Gürcüstan, Fransa, Macarıstan, İtaliya və Avstriya da daxil olmaqla Avropa ölkələri ilə yanaşı, Qazaxıstan, Türkmənistan və Rusiya bazarlarında da fəal fəaliyyət göstəririk
ISO Logistics müştərilərinə dəmir yolu, avtomobil və dəniz və hava yolu daşımaları üzrə inteqrə həllər təqdim etməklə, yüklərin təhlükəsiz, vaxtında və səmərəli çatdırılmasını təmin edirik