12/08/2026
MERP (Medical Emergency Response Plan) çərçivəsində planlaşdırılmış ssenariyə uyğun olaraq, JOCAP, MediClub və ASG Helicopter Services şirkətlərinin iştirakı ilə birgə “Tibbi təxliyyə əməliyyatları” təlimi uğurla icra olunmuşdu.
Xəzər dənizi üzrə offshore hava tibbi təxliyyə (HEMS/MEDEVAC) xidmətini həyata keçirən ölkənin aparıcı stand-by tibbi hava təxliyyə komandası MediClub olaraq, göstərilən xidmətin operativliyini, təhlükəsizliyini və beynəlxalq standartlara uyğunluğunu davamlı olaraq yüksək səviyyədə icra etmişdir.
Təlim zamanı hava tibbi təxliyyəsinin bütün mərhələləri, o cümlədən hadisəyə operativ cavab, xstənin/pasiyentin tibbi stabilləşdirilməsi, ekipaj üzvləri arasında koordinasiya, helikopterə təhlükəsiz transfer, uçuş zamanı tibbi müşayiət və təxliyə prosesinin idarə olunması beynəlxalq HEMS/MEDEVAC, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi və fövqəladə tibbi yardım standartlarına uyğun şəkildə qiymətləndirilmişdir.
Bu cür müntəzəm təlimlər “ASGHS” MMC-nin yüksək hazırlıq səviyyəsinin, çoxşaxəli qurumlararası əməkdaşlığın və offshore hava tibbi təxliyyə xidmətlərinin fasiləsiz keyfiyyətinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.